Vakansiya haqqında
Təsvir:
- E-Com üzrə müraciətlərin emalı, partnyorluğa qəbul, qeydiyyata alınma prosesinin təşkili;
- Elektron kommersiya əməliyyatlarını yoxlamaq, ödəniş sistemləri və qanunvericilik üzrə qaydalara uyğunluğuna nəzarət etmək;
- E-Satıcılar, Fintexlərlə, ÖXT-lərlə işgüzar proseslərin təşkili, uyğun təkliflərin hazırlanması;
- Aylıq hesabatların hazırlanması, hesablaşmalara nəzarət;
- Etiraz sorğuları və şübhəli əməliyyatlarının araşdırılması.
Tələblər:
- İqtisadiyyat, biznes, maliyyə, riyaziyyat və ya əlaqəli sahələrdə ali təhsil;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
- MC Office (xüsusilə Excel) proqramları ilə sərbəst işləmə bacarığı (digər proqramlarla işləmək bacarığı üstünlükdür);
- Analitik düşünmə və təhlil qabiliyyəti, habelə böyük verilənlər bazalarını hazırlamaq, təhlil və şərh etmək bacarığı;
- Mürəkkəb məlumatları aydın və yığcam şəkildə təqdim etmək bacarığı;
- Ünsiyyətcil, səmimi, təşəbbüskar olmaq;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!