Dələduzluğa qarşı mübarizə sistemlərinin arxitektura,texniki inteqrasiya və inkişaf istiqaməti üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis

Dələduzluğa qarşı mübarizə sistemlərinin arxitektura,texniki inteqrasiya və inkişaf istiqaməti üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis

ABB
  • Şəhər

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    20 aprel 2026

  • Bitmə tarixi

    20 may 2026

Görəcəyiniz işlər:

  • Sistemlərin inteqrasiya çərçivəsində məlumat mübadiləsinin texniki konfiqurasiyası: məlumat mübadiləsi formatlarının (JSON, XML və s.) və məlumat axınlarının (sinxron və ya asinxron) müəyyən edilməsi, inteqrasiya nöqtələrinin (endpoint), sorğu strukturlarının (header, body, tag) və istifadə olunan kitabxanaların (library) konfiqurasiya edilməsi və ya konsultativ dəstəyin göstərilməsi, ötürülən məlumatların (müştəri, əməliyyat, sessiya, cihaz və risk göstəriciləri) tərkibinin və məlumat növlərinin (text, string, integer, boolean və s.) təyin edilməsi, habelə metadata məlumatlarının zənginləşdirilməsi;
  • İnteqrasiya olunan məlumatların keyfiyyətinin, tamlığının və ardıcıllığının təmin edilməsi üzrə nəzarət mexanizmlərinin tətbiqi və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması;
  • Sistemlərdə əməliyyat, sessiya və müştəri üzrə response mexanizmlərinin və bildiriş şablonlarının konfiqurasiyası, düzgünlüyü və fasiləsiz işləkliyinin təmin edilməsi.
  • Anti-Fraud sistemlərində konfiqurasiya üzrə metodoloji və texniki dəstək, master data, query/hyperlink, indeksləşdirmə və analitik axtarış mexanizmlərinin tətbiqi. 
  • Rəqəmsal kanalların arxitekturasının və konfiqurasiya məntiqinin öyrənilməsi, anti-fraud sisteminə düzgün inteqrasiyasının təmin edilməsi.
  • Sistemdə/lərdə istifadəçi rollarının və giriş səlahiyyətlərinin (RBAC) formalaşdırılması, idarə olunması və minimal səlahiyyət prinsipi əsasında nəzarət mexanizmlərinin tətbiqi;
  • Sistemdə/lərdə konfiqurasiya, monitorinq ssenariləri, siyahılar (qara/ağ/lookup və s.) və digər kritik parametrlər üzrə edilən dəyişikliklərin izlənilməsi, audit izlərinin formalaşdırılması və nəzarətin təmin edilməsi;
  • Sistem/lər üzrə texniki risklərin və insidentlərin müəyyən edilməsi, uçotunun aparılması və risklərin azaldılması üzrə alternativ texniki həllərin hazırlanması;
  • Sistemlərin quraşdırılması, istismara verilməsi, test və istehsalat mühitlərinin qurulması və fasiləsiz işləkliyinin təmin edilməsi.
  • Ehtiyat mərkəzinə keçid risklərinin idarə edilməsi, keçid və bərpa ssenarilərinin test edilməsi və təkmilləşdirilməsi.
  • Sistemlərdə texniki problemlərin (dayanma, zəifləmə, gecikmə və oxşar hallar) monitorinqi, aşkarlanması, aradan qaldırılması və zərurətdə Vendor-a eskalasiyası.
  • Yeni sistem və həllərin texniki-funksional təhlili, tətbiq imkanlarının qiymətləndirilməsi və rəhbərliyə əsaslandırılmış təkliflərin təqdim edilməsi.
  • Vendor və daxili bölmələrlə texniki kommunikasiya, inteqrasiya asılılıqlarının idarə olunması və koordinasiyanın təmin edilməsi.
  • Daxili komandalar və tərəfdaşlara texniki dəstək, rəqəmsal kanalların inteqrasiyası, istismara verilməsi və fasiləsiz dəstəyin təmin edilməsi.
  • Sistemlər üzrə texniki sənədləşmənin hazırlanması, yenilənməsi və biliklərin komanda daxili ötürülməsi. 

Bizim üçün uyğun namizəd:

  • Kompüter, Microsoft Windows, Office proqramları və sorğuların idarəetmə sistemləri ilə işləmə bacarığı olan;
  • Dələduzluğa qarşı mübarizə və bank sistemləri, proqram təminatları və modulları (Rule Management, Fraud Management, Case Management, Customer and Transaction Management, Card Processing, Core Banking, Merchant Screening, Corporate/SME Banking, CRM, Mobile Banking və s.) ilə işləmə bacarığına sahib; 
  • Kart əməliyyatları, core banking və rəqəmsal kanallar üzrə əsas dələduzluq növləri və qarşısının alınması mexanizmləri üzrə bilikləri olan;
  • ARMB, BKT (Visa, Mastercard və s.) qaydaları və iş prinsipləri, habelə ödəniş xidmətləri sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi və normativ aktları üzrə biliklərə sahib;
  • Azərbaycan dili mütləq, rus və ya ingilis dili biliyi arzu olunandır;
  • Dələduzluğa qarşı mübarizə, İnformasiya təhlükəsizliyi, Kiber təhlükəsizlik, Risklərin idarə edilməsi, AML və Komplayns, İnformasiya texnoloqiyaları, İnformatika, Kibernetika, Proqramlaşdırma üzrə bakalavr və ya magistr dərəcəsi olan namizədlərə üstünlük verilir;
  • Ən azı 3-5 il dələduzluğa qarşı mübarizə sahəsi üzrə iş təcrübəsi olan;
  • Güclü kommunikasiya bacarıqlarına sahib;
  • Problem həlli və təşəbbüskarlığı olan;
  • Analitik və kritik düşüncəyə malik;
  • Qərar vermə  və Təqdimat bacarığı olan;
  • Adaptiv və çevik namizəddir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalardan bildiriş al

Dələduzluğa qarşı mübarizə sistemlərinin arxitektura,texniki inteqrasiya və inkişaf istiqaməti üzrə mütəxəssis/ aparıcı mütəxəssis/ baş mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox