Büdcə planlaşdırılması üzrə baş mütəxəssis

Büdcə planlaşdırılması üzrə baş mütəxəssis

Kapital Bank
  • Şəhər

    Bakı, Port Baku filialı,

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    20 aprel 2026

  • Bitmə tarixi

    27 aprel 2026

Şirkətin maliyyə planlarının hazırlanmasında iştirak edən, büdcənin idarə olunmasına dəstək verən və qərarvermə prosesinə dəstək göstərən təcrübəli komanda üzvü axtarırıq.

+ ' ' +
  • Maliyyə planlaşdırılması və təhlili (FP&A), maliyyə analizi və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
  • Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi (CFA və ya MBA üstünlükdür);
  • Maliyyə modelləşdirmə, proqnozlaşdırma və ssenari təhlili üzrə yüksək biliklər;
  • Excel və PowerPoint proqramlarında yüksək səviyyədə istifadə bacarığı; maliyyə hesabatı alətləri ilə təcrübə üstünlükdür;
  • SQL bilikləri tələb olunur;
  • Mühasibat uçotu prinsipləri və maliyyə anlayışları üzrə dərin biliklər;
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı, detallara diqqət;
  • İngilis dili biliyi yüksək səviyyədə, rus dili biliyi isə üstünlükdür.
+ ' ' +
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
+ ' ' +
  • İllik büdcənin və davamlı olaraq yenilənən (rolling) proqnozların hazırlanması və idarə edilməsi;
  • Dəyişən biznes şərtlərinə uyğunlaşmaq məqsədilə ssenari təhlillərinin aparılması və yenilənmiş proqnozların hazırlanması;
  • Büdcələrin düzgünlüyünün və şirkətin məqsəd və strateji hədəfləri ilə uyğunluğunun təmin edilməsi;
  • Rəhbərlik üçün dövri maliyyə hesabatlarının və idarəetmə panellərinin hazırlanması;
  • Büdcə ilə faktiki göstəricilər arasındakı fərqlərin (variance) təhlili, səbəblərinin müəyyən edilməsi və izah olunması;
  • Strateji və icraedici rəhbərliyin qərarlarının qəbulunu dəstəkləmək üçün maliyyə təhlilləri və əsaslandırılmış tövsiyələrin təqdim edilməsi;
  • Uzunmüddətli maliyyə planlaşdırılması prosesində iştirak edilməsi;
  • Müxtəlif biznes ssenariləri (məsələn, inkişaf planları, investisiyalar və s.) üzrə maliyyə modellərinin hazırlanması və təkmilləşdirilməsi;
  • Yeni layihə və təşəbbüslərin maliyyə baxımından səmərəliliyinin qiymətləndirilməsi.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Oxşar vakansiyalardan bildiriş al

Büdcə planlaşdırılması üzrə baş mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox