Daxili Auditor

Daxili Auditor

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    13 yanvar 2020

  • Bitmə tarixi

    12 fevral 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Daxili audit üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Daxili Auditor

Vəzifə öhdəlikləri:

• Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirməsi;
• Əsaslı analitik prosedurlarını həyata keçirilmək və rəhbərliyə məruzə etmək
• Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək
• Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq
• Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək
• Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək
• Müvafiq audit hesabatların hazırlanması;
• Auditlə bağlı digər tapşırıqların həyata keçirilməsi.

Tələblər:

• Ali təhsil dərəcəsi
• Audit sahəsində iş təcrübəsi – 1 ildən;
• Microsoft Office – təcrübəli istifadəçi;
• Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər
• Daxili Audit, Beynəlxalq Peşəkar Təcrübələr Çərçivəsi və Etik Məcəllə haqda kifayət qədər biliklər və anlayışlara malik olmaq
• Komanda şəklində iş bacarığı;
• Güclü analitik bacarıqları;
• Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
• İş ilə bağlı səyahət etmək imkanı

Arzu olunan tələblər:

• 1C proqramı üzrə biliklər
• Excel proqramı üzrə yüksək səviyyədə biliklər

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Daxili Auditor” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox