İ

Daxili Auditor

İdeal Kredit

Vaxtı bitmiş

800 - 1500 AZN

Diqqət! Bu elanın vaxtı bitib. Daxili Auditor vakansiyaları üçün bura daxil olun.

Elan № 15041

Daxili Auditor vakansiyaları

Daxili Auditor vakansiyaları

28 Sentyabr 2023

Elan tarixi

28 Oktyabr 2023

Bitmə tarixi

2185

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

3 ildən 5 ilə qədər

İş stajı

800 - 1500 AZN

Əmək haqqı AZN

Tam-ştat

İş rejimi

Maliyyə

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

İşiniz nədən ibarətdir?

-Daxili nəzarət və risklərin idarə edilməsi prosedurlarını yoxlamaq, təhlil etmək və qiymətləndirmək;

-Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;

-Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin və metodologiyasının tətbiqinin təkmilləşdirilməsi və bu sistemlərin adekvatlığının və effektivliyinin artırılması məqsədilə tövsiyələr vermək;

-Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin etmək və audit sübutlarını sənədləşdirmək;

-BOKT-nin fəaliyyətinin effektivliyini və xərclərin səmərəliliyini qiymətləndirmək;

-Muhasibat yazılarının (sənədlərin) və maliyyə hesabatlarının dəqiqliyini və etibarlılığını yoxlamaq;

-Audit yoxlamaları və tədbirlər planının icra statusunun monitorinqini icra etmək;

-Daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılması və audit hesabatlarının hazırlanması;

-Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək.

Namizədə tələblər:

-Müvafiq sahədə (xüsusilə Bank və ya BOKT sahəsində) minimum 3 illik təcrübə;

-Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;

-Azərbaycan dilində səlis danışmaq və yazmaq; 

-Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;

-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

-24-35 yaşlarında bəy namizədlər;

-Ali təhsil (maliyyə, iqtisadiyyat üzrə təhsil arzu olunandır);

-Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 15041

Daxili Auditor vakansiyaları

Daxili Auditor vakansiyaları

28 Sentyabr 2023

Elan tarixi

28 Oktyabr 2023

Bitmə tarixi

2185

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"