Təsvir:
- Məlumat Xidmətləri operatorları və dispetçerlərə köməklik göstərmək və əməkdaşlıq etmək;
- Binanın elektrik sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki baxışının həyata keçirilməsi;
- Elektrik avadanlıqlarının təhlükəsizlik standartlarına uyğun işləməsini təmin etmək;
- Elektrik sistemlərində baş verən nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- AutoCAD proqramında MEP cizgilərinin təhlilini aparmaq və dəyişikliklər etmək;
- CAFM sisteminə daxil etmək üçün məlumatın (CAD və hərf-rəqəmli məlumat) hazırlanması;
- CAFM layihə menecerinə aid tapşırıqları yerinə yetirmək;
- Texniki spesifikasiyaların ingilis dilindən azərbaycan dilinə tərcüməsi;
- Əməliyyatlar, prosess və sənədləşmə ilə bağlı bütün tapşırıqlarda CAFM layihə menecerinə dəstək;
- CAFM sistemi üçün formaların hazırlanması;
- Nəzarət işləri ilə bağlı CAFM layihə menecerinə hər cür dəstəyin göstərilməsi;
- Tabeliyində olan işçi resursunun düzgün istifadəsi və idarə olunması;
- Elektrik sistemlərinin iş prinsiplərini və qaydalarını nəzərə alaraq hesabatlar və təhlillər hazırlamaq;
- Təhlükəsizlik tədbirlərinə riayət olunmasını və işçilərin təhlükəsizliyini təmin etmək.
Tələblər:
- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Fit-out sahəsində minimum 5 il iş təcrübəsi;
- Elektrik təhlükəsizliyi standartları və tikinti normativ aktları barədə biliklər: AzS, EN, NFPA, Ashre və s.;
- Memarlıq təsvirlərini oxumaq bacarığı;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili - yaxşı;
- Kompüter imkanları: MS Office, AutoCAD;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Müvafiq sertifikatlar üstünlükdür;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq;
- Mexaniki biliklərə üstünlük verilir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!