Vakansiya haqqında
Azərbaycan Beynəlxalq Bankı Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) hesabatlığı şöbəsinə müdir vakansiyası elan edir.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Kənar auditor ilə işin təşkili;
• Komanda üzvləri ilə iş;
• BMHS əsasında konsolidə edilmiş hesabatların hazırlanması;
• Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün müvafiq işlərin görülməsi;
• Reytinq agentliklərinə müvafiq hesabatların təqdim edilməsi.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
• Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
• SQL və Excel proqramları üzrə biliklərə sahib;
• Analitik təhlil bacarığı olan;
• ACCA F1-F9, P2 sertifikatlarına sahib olan;
• Maliyyə sektorunun auditi sahəsində minimum 3 illik iş təcrübəsi (Böyük dördlük audit şirkətlərində təcrübə)
• Bankın BMHS-ə uyğun yarımillik və illik maliyyə hesabatlarının hazırlanması bacarığına sahib;
• Kənar auditorlarla BMHS nəticələri üzrə işləmək bacarığına sahib;
• Komandada iş bacarıqlarına sahib olan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS) hesabatlığı şöbəsinə müdir” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!