Vaxtı bitib

Baş Auditor (Risk istiqaməti üzrə)

  • Bakı, Azərbaycan
  • Digər
  • 14 avqust 2026
  • 3 309 baxış
  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 14 sentyabr 2026
Diqqət!

Bu elanın vaxtı bitib. Auditor vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Təsvir

  • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırıqlarına əsasən audit layihələrini və audit sonrası tövsiyələrin icrasına nəzarəti həyata keçirmək;
  • Yaradılmış audit qrupuna rəhbərlik etmək, qrup üzvlərinin işinə nəzarət etmək, onlara mentorluq etmək, peşəkar inkişafını təmin etmək və komandada yüksək nəticələrə yönəlmiş iş mədəniyyətini formalaşdırmaq;
  • Audit layihəsi üçün İş Proqramını hazırlamaq və çatışmazlıqların aşkar edilməsi üçün müvafiq audit prosedurlarını icra etmək, audit layihələrinin nəticələri üzrə dəqiq, keyfiyyətli və effektiv hesabatlar hazırlamaq;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Daxili nəzarət mexanizmlərini gücləndirmək üçün Risk İdarəetməsi, Maliyyə və Komplayens komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesini qiymətləndirmək, əsas risk indikatorlarına dair məlumatları toplamaq və təhlil etmək;
  • Əməliyyat risklərinin bankın kapitalına və maliyyə dayanıqlığına təsirini hesablamaq və qiymətləndirmək;
  • Qeyri-maliyyə risklərinin idarə edilməsi prosesini və bu risklər üzrə potensial itkilərin müəyyən olunması effektivliyini qiymətləndirmək;
  • Bankın risk iştahasını ifadə edən göstəriciləri, təyin edilmiş riskləri və onların əmsallarının uyğunluğunu qiymətləndirmək;
  • Risk İştahası Bəyannaməsi üzrə limit və tolerantlıq səviyyələrinin monitorinqini aparmaq, kənarlaşmaları izləmək və dəyişikliklərlə bağlı təkliflər vermək;
  • Ssenari və stress-testlərin seçilməsi, icrasının təşkili və nəticələrinin təqdim olunmasını təmin etmək;
  • Maliyyə Monitorinqi Xidməti (MMX) və digər tənzimləyici orqanlar tərəfindən ƏL/TMM (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə) fəaliyyəti üzrə müəyyən edilmiş normativ-hüquqi tələblərin Bankda tətbiqi və effektivliyini qiymətləndirmək;
  • Audit tapıntılarını dəstəkləmək və riskləri qiymətləndirmək üçün SQL və analitik alətlərdən istifadə edərək məlumatların təhlilini (data extraction & analysis) həyata keçirmək;
  • Audit tapşırığının icrası zamanı tapıntı və müşahidələrin risk və təsirini Bankın risk qiymətləndirmə metodologiyasına uyğun olaraq dəyərləndirmək;
  • Tapıntı və müşahidələrin köklü səbəblərini (root cause) araşdırmaq, məsul şəxsləri müəyyən etmək, adekvat tövsiyələr vermək, mürəkkəb audit nəticələrini yüksək rəhbərliyə (Senior Stakeholders) aydın şəkildə təqdim etmək və nəticələri aidiyyəti şəxslərlə kommunikasiya etmək.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Riyaziyyat, Statistika, Hüquq və ya əlaqədar sahələr üzrə Ali təhsil (Bakalavr və ya Magistr dərəcəsi) (Digər ixtisaslar üzrə ali təhsili olan namizədlər üçün əlaqədar sahələrdə minimum 4 illik iş təcrübəsi tələb olunur);
  • Ən azı 4 ili audit, nəzarət və ya risklərin qiymətləndirilməsi sahəsində olmaqla, minimum 3 illik bank sektoru təcrübəsi;
  • CIA, FRM, CFSA, ACCA, CPA, CIMA, CISA, CFA və ya risklərin idarə olunması üzrə digər beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
  • Bank qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) normativ-hüquqi aktları və tənzimləyici tələbləri üzrə dərin biliklər, Basel prinsipləri və beynəlxalq risk idarəetmə yanaşmaları üzrə praktiki biliklər;
  • Verilənlərin çıxarılması və təhlili üçün SQL bilikləri; Python və ya məlumat əsaslı audit (data-driven audit) alətləri ilə işləmək bacarığı üstünlükdür;
  • Yüksək analitik təfəkkür, iri həcmli məlumatların təhlili və sintetik nəticəçıxarma qabiliyyəti;
  • Mürəkkəb audit nəticələrini və riskləri aydın, strukturlaşdırılmış formada təqdim etmək bacarığı, yüksək kommunikasiya və hesabat yazma vərdişləri;
  • MS Office proqramlarından peşəkar istifadə bacarığı;
  • İşgüzar ezamiyyətlərdə iştirak etmək imkanı;
  • Azərbaycan dili – mükəmməl (sərbəst yazılı və şifahi), İngilis dili – işgüzar səviyyədə.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Baş Auditor (Risk istiqaməti üzrə) üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Baş Auditor (Risk istiqaməti üzrə) vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Baş Auditor (Risk istiqaməti üzrə) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

30

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ