Vakansiya haqqında
Vəzifələr
- Potensial müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq və kurslar haqqında məlumat vermək;
- Xarici dil kurslarının proqramı, müddəti, qiyməti və üstünlüklərini müştərilərə təqdim etmək;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və onlara uyğun tədris proqramları təklif etmək;
- Müştəri müraciətlərini qəbul etmək, qeydiyyat prosesini həyata keçirmək və məlumatları sistemə daxil etmək;
- Müəllimlər və tələbələr arasında effektiv koordinasiyanı təmin etmək;
- Dərs cədvəllərinin hazırlanmasını və dərslərin vaxtında keçirilməsini təşkil etmək;
- Tələbələrin davamiyyətini izləmək və tədris prosesinə nəzarət etmək;
- İmtahanların təşkili və keçirilməsi prosesini koordinasiya etmək;
- Müştəri və tələbələrdən daxil olan müraciətlərin operativ həllini təmin etmək;
- Gündəlik iş prosesinin səmərəli təşkili və müvafiq hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
- Ali təhsil (magistr təhsili üstünlükdür)
- Xanım namizədlər tələb olunur
- Yaş: 22-35
- Satış sahəsində, müştəri xidmətlərində 1-2 il təcrübə.
- Komandada işləmək bacarığı.
- Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
- İş vaxtı tam ştat olduğu üçün təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
- Səliqəli, punktual, xoş görünüşlü.
Karyera imkanları və təminatlar
- Korporativ nömrə
- Korporativ telefon
- Şirkət əmək münasibətləri zamanı artan əmək haqqı və karyera imkanlarını tətbiq edir.
- Əmək şəraiti şərtləri
- Ünvan: Bakı şəhəri
- Əmək haqqı yüksəkdir.
- İş günləri: həftə içi 5 gün, (6-cı gün qısaldılmış)
- ARƏM-nə uyğun sənədləşmə.
Gizlilik təminatı.
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları həmçinin müraciəti barədə məlumatları 3-cü tərəf qarşısında paylaşılmır.
- Vakansiya üçün müraciət forması və şərtləri.
- Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı müraciət et butonuna daxil ola və ya hr@educompany.az mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
- Son müraciət tarixi. Yalnız tələblərə cavab verən namizədlərə 5 iş günü ərzində geri dönüş edilir.
- Qeyd olunan vakansiya üzrə 30.11.2026-ci il tarixinə qədər müraciət qəbul edilir.
- Müsahibə ünvanı.
- Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək , Bakı şəh, Mətbuat prospekti 31
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!