Vakansiya haqqında
RUS BÖLMƏSİ ÜZRƏ RİYAZİYYAT MÜƏLLİMİ AXTARILIR!
EDUGrata Təhsil Mərkəzi peşəkar komandamıza qoşulmaq, bilik və təcrübəsini bölüşmək, şagirdlərin riyazi bilik və bacarıqlarının inkişafına töhfə vermək istəyən riyaziyyat müəllimlərini əməkdaşlığa dəvət edir.
Namizədə tələblər:
• Rus dilini sərbəst bilmək;
• Riyaziyyat fənni üzrə yüksək bilik səviyyəsi;
• Minimum 6 ay pedaqoji təcrübə;
• Rus bölməsi üzrə dərs aparmaq bacarığı;
• Qrup və fərdi dərsləri aparmaq bacarığı;
• Ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Məsuliyyətli və peşəkar yanaşma.
Üstünlük hesab olunur:
• Müvafiq pedaqoji təhsilin olması;
• Lisey və buraxılış imtahanlarına hazırlıq üzrə təcrübə;
• Müasir tədris metodlarından istifadə bacarığı.
*İş qrafiki:*
• Dərs günləri: 2-4-6 (çərşənbə axşamı, cümə axşamı, şənbə)
• İş saatı: 09:00–18:10
Əmək şəraiti: Əmək haqqı namizədin bilik və təcrübəsi nəzərə alınmaqla müsahibə zamanı müzakirə olunacaq.
Müraciət qaydası: Tələblərə uyğun namizədlər CV-lərini WhatsApp vasitəsilə göndərə bilərlər.
Əlaqə: 0704322837
Riyaziyyatın tədrisində peşəkar inkişaf etmək və güclü komandanın bir hissəsi olmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!