Xaricdə təhsil üzrə mütəxəssis

Xaricdə təhsil üzrə mütəxəssis

Academor
  • Şəhər

    Bakı, Caspian Plaza

  • Kateqoriya

    Təhsil

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Bakalavr

  • Yerləşmə tarixi

    28 sentyabr 2026

  • Bitmə tarixi

    28 oktyabr 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Xaricdə Təhsil üzrə Mütəxəssis

Academor komandamıza nəticəyönümlü, araşdırma bacarığı güclü və tələbələrlə işləməyi sevən Xaricdə Təhsil üzrə Mütəxəssis axtarırıq.

Əgər xarici universitetlər, qəbul prosesləri və təqaüdlər haqqında araşdırma aparmağı, tələbələrə düzgün istiqamət verməyi və onların xaricdə təhsil hədəflərinə çatmasına dəstək olmağı sevirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Tələbə və valideynlərə xaricdə təhsil imkanları üzrə peşəkar konsultasiya vermək

  • Tələbənin akademik və şəxsi profilinə uyğun ölkə, universitet və proqramların araşdırılması və seçilməsi

  • Bakalavr və magistr proqramları üzrə qəbul imkanlarının araşdırılması

  • Təqaüd proqramlarının, qəbul şərtlərinin və deadline-ların mütəmadi araşdırılması

  • Tələbələr üçün uyğun təqaüd və maliyyələşmə imkanlarının müəyyənləşdirilməsi

  • Universitet müraciətlərinin hazırlanması və prosesin mərhələli şəkildə koordinasiyası

  • Tələbənin sənədlərinin toplanması, yoxlanılması və müraciət prosesinin izlənilməsi

  • Motivasiya məktubu, CV və digər müraciət sənədləri üzrə tələbəyə istiqamət vermək

  • Universitet və tələbələr arasında kommunikasiya prosesini koordinasiya etmək

  • Viza prosesi ilə bağlı tələbələrə ilkin istiqamətləndirmə vermək

  • Müraciətlərin statusunu və nəticələrini izləmək

  • Tələbələrin müraciət prosesi və nəticələri barədə mütəmadi hesabatlar hazırlamaq

  • Xaricdə təhsil, universitetlər, təqaüdlər və tələbə uğurları ilə bağlı sosial media üçün kreativ kontent ideyalarının hazırlanmasında iştirak etmək

Tələblər:

  • Xaricdə təhsil sahəsində minimum 2-3 il iş təcrübəsi

  • Xarici universitetlərə qəbul və müraciət prosesləri üzrə praktiki təcrübə

  • Təqaüd proqramları üzrə real təcrübə üstünlükdür

  • Universitet, proqram, qəbul şərtləri və təqaüdlər üzrə güclü araşdırma bacarığı

  • İngilis dili biliyi minimum B2 səviyyəsində

  • Rus dili biliyi üstünlükdür

  • Güclü kommunikasiya və təqdimat bacarığı

  • Analitik düşüncə və detallara diqqət

  • Yüksək məsuliyyət və təşkilatçılıq bacarığı

  • MS Office və Google Workspace alətlərindən istifadə bacarığı

  • Eyni anda bir neçə tələbənin müraciət prosesini sistemli şəkildə idarə edə bilmək

  • Yeni universitetlər, proqramlar, təqaüdlər və qəbul imkanlarını müstəqil şəkildə araşdırmaq bacarığı

Biz nə təklif edirik?

  • Full-time iş rejimi

  • Bakı şəhərində, müasir ofis şəraitində iş

  • Sabit əmək haqqı + nəticəyə əsaslanan bonus sistemi

  • Peşəkar inkişaf və karyera imkanları

  • Xaricdə təhsil və beynəlxalq qəbul sahəsində biliklərin davamlı inkişafı

  • Komanda daxilində təlim və mentorluq dəstəyi

  • Uzunmüddətli əməkdaşlıq imkanı

  • İşçinin peşəkar inkişafını və şəxsi professional profilini formalaşdırmasını dəstəkləyən mühit

  • Academor tərəfindən həyata keçirilən kontent, sosial media və reklam fəaliyyətlərində ekspert kimi təqdim olunmaq imkanı

  • Peşəkar nəticələrin və tələbə uğurlarının sosial media platformalarında nümayiş etdirilməsi

  • Mərkəzin təqdim etdiyi xidmətlərdən əməkdaşlar üçün xüsusi şərtlərlə istifadə imkanı

İş şəraiti:

  • İş rejimi: Full-time

  • İş günləri: Bazar ertəsi – Şənbə

  • İstirahət günü: Bazar

  • İş yeri: Bakı şəhəri, Caspian Plaza

  • Sənədləşmə: ARƏM-ə uyğun

  • İş formatı: Əyani

  • Əmək haqqı: Müsahibə zamanı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir

  • Bonus: Nəticələrə əsaslanan əlavə bonus sistemi

Müraciət:

Uyğun namizədlər CV-lərini hr@academor.az elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət zamanı CV-də xüsusilə aşağıdakı məlumatların qeyd olunması arzuolunandır:

  • Xaricdə təhsil sahəsində iş təcrübəsi

  • İşlənilən ölkə və universitetlər

  • Təqaüd proqramları üzrə təcrübə

  • Uğurlu tələbə müraciətləri və nəticələri

  • İngilis və digər xarici dil səviyyəsi

 

 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox