Görəcəyiniz Işlər
- Biznes tələblərini başa düşmək, təhlil etmək və onların arxitektura həllərini hazırlamaq;
- Qabaqcıl texnologiyaları və alətləri araşdırmaq, layihə nəticələrini yaxşılaşdırmaq üçün ümumi İT strategiyaya uyğun olanı seçmək və dəyərləndirmək;
- Layihələrin cari arxitektura vəziyyətini (olduğu kimi) təhlil etmək , texniki sənədləri yazmaq və arzu olunan arxitektura həllərini hazırlamaq;
- Mövcud və gələcək biznes tələbləri ile güclü, çevik, ölçülə bilən, yenidən istifadə edilə bilən və uzunmüddətli dayanıqlı arxitektura həllərini hazırlamaq;
- Arxitektura həllərini hazırlayan zaman təhlükəsizlik boşluqları, performans maneələri və texniki riskləri müəyyən etmək;
- Arxitektura həllərinin uyğunluğunu təmin edərək komandalar tərəfindən icrasına nəzarət etmək;
- Böyük və köhnə sistemlərin necə əlaqələndiyini və bir-biri ilə necə əlaqələndiyini təhlil etmək və anlamaq;
- Arxitektura həllərini mütəmadi olaraq gözdən keçirərək uyğunluğunu qiymətləndirmək, təkmilləşdirmə sahələrini təyin etmək və dizayn proseslərini sadələşdirməklə effektivliyi artırmaq, xərcləri və səhvləri azaltmaq üçün həll yollarını təklif etmək;
- Ən yaxşı təcrübələrə, kodlaşdırma standartlarına və arxitektura prinsiplərinə riayət olunmasını təmin etmək;
- Komandalara mentorluq etmək, mürəkkəb texniki problemləri həll etməyə kömək etmək;
- Texniki sənədlərin yazılmasını təmin etmək.
Bizim Üçün Uyğun Namizəd
- Kompüter elmləri və ya İnformasiya Texnologiyaları üzrə bakalavr və ya magistr dərəcəsi;
- Java proqramlaşdırma üzrə ən azı 6-8 il işpraktiki təcrübəsi, təcrübənin əhəmiyyətli bir hissəsinin arxitektura və ya aparıcı rolda olması;
- Mentorluq və layihələri uğurlu nəticələrə aparma üzrə təcrübə;
- Proqramlaşdırma dilləri (Java, Kotlin) haqqında dərin biliklər;
- API-lərin dizaynı, tətbiqi, idarə edilməsi və RESTful, SOAP daxil olmaqla müxtəlif komponent və xidmətlərin inteqrasiyası üzrə biliklər;
- Çərçivələr(Frameworks) üzrə (məsələn Spring Boot, Spring Security ) ORM (məsələn JPA, Hibernate) dərin təcrübə;
- Apache Kafka arxitekturası, ekosistemini və inteqrasiya nümunələri üzrə dərin biliklər;
- Verilənlər bazası texnologiyaları, həm SQL (PostgreSQL, Oracle) və həm də NoSQL (məsələn, MongoDB), o cümlədən verilənlər bazası dizaynı, optimallaşdırma və miqyaslanma ilə təcrübə;
- DevOps, Docker, Kubernetes və CI/CD (GIT flow ) üzrə biliklər;
- İT infrastrukturu, şəbəkə və bulud texnologiyaları üzrə biliklər;
- Müxtəlif əməliyyat sistemləri üzrə biliklər;
- Arxitektura dizayn prinsipləri, nümunələri (mikroservislər,event-driven arxitektura kimi) haqqında biliklər;
- Müasir proqram mühəndisliyi prinsipləri və ən yaxşı təcrübələr haqqında biliklər;
- Güclü problem həll etmək, analiz etmək , ünsiyyət, liderlik və əməkdaşlıq bacarıqları, qeyri-texniki əməkdaşlara mürəkkəb texniki anlayışları ifadə etmə bacarığı;
- Agile idarəetmə prinsipləri üzrə təcrübəsi olan şəxsdir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!