Korporativ və KOS məhsullar sahəsinin back-end üzrə aparıcı proqramçısı

Korporativ və KOS məhsullar sahəsinin back-end üzrə aparıcı proqramçısı

ABB
  • Şəhər

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    01 sentyabr 2026

  • Bitmə tarixi

    01 oktyabr 2026

Görəcəyiniz işlər:

  • Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
  • Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
  • Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən API-ların hazırlanması;
  • Mənbə kodlarının analizi və ehtiyaca uyğun dəyişikliklərin icra edilməsi;
  • Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
  • Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
  • Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması.

Bizim üçün uyğun namizəd:

  • Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;
  • AI-dən kod generasiyası, refaktorinq, debug, testlərin yaradılması və texniki sənədləşmə üçün effektiv istifadə bacarığına;
  • Backend inkişafı, arxitektura dizaynı və problemlərin həlli üçün prompt engineering prinsipləri üzrə biliyə;
  • GitHub Copilot, ChatGPT, Claude, Cursor və oxşar AI alətləri ilə işləmə təcrübəsinə (proqram təminatının hazırlanma prosesini sürətləndirmək üçün istifadəyə);
  • Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
  • Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
  • RESTful API servislərin hazırlanması və istifadə olunması üzrə təcrübəyə;
  • Obyektyönümlü proqramlaşdırma, S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
  • Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis);
  • Unit, inteqrasiya və API üçün effektli testlərin yazılması biliklərinə;
  • Agile Scrum metodologiyası barədə məlumatlılığa;
  • Mikroservis arxitekturası üzrə biliklərə;
  • PL/SQL biliklərinə;
  • Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

Korporativ və KOS məhsullar sahəsinin back-end üzrə aparıcı proqramçısı vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox