Texniki biznes analitiki (Technical Business Analyst)

Texniki biznes analitiki (Technical Business Analyst)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texnologiya

  • Maaş

    1000 - 1500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    31 yanvar 2023

  • Bitmə tarixi

    02 mart 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Biznes analitika üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Nazirlik Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
⦁    Mövcud iş proseslərinin analiz olunması və sənədləşdirilməsi (texniki tapşırığın tərtibi)
⦁    Texniki tapşırıq və əlaqəli təqdimat sənədlərinin tərtib olunması
⦁    İstifadəçi interfeyslərinin və istifadəçi iş axışlarının prototip versiyalarının hazrlanması
⦁    Proqram təminatının hazırlanması dövründə icraçıların istiqamətləndirilməsi
⦁    Proqram təminatının istifadəçilərinin ehtiyaclarının müəyyən olunması
⦁    İstifadəçi səviyyəsində testləşdirmə və hazır proqram məhsulunun təhvil alınması
⦁    Hazır proqram məhsulu ilə bağlı təlimat materiallarının tərtib edilməsi

Namizədə tələblər:

SAHƏ ÜZRƏ TƏLƏBLƏR:
⦁    Microsoft Office proqram təminatı paketi (Word, PowerPoint)
⦁    Microsoft Visio, Bizagi və ya digər alternativlər
⦁    Balsamiq mockup
⦁    Jira

TƏLƏBLƏR:
⦁    2+ il iş təcrübəsi
⦁    Ali təhsil
⦁    İngilis dili (Texniki səviyyədə)
⦁    Yüksək kommunikasiya bacarığı;
⦁    Texniki sənədlərlə iş təcrübəsi

İş yeri:    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası
(Bakı şəh., K. Kazımzadə küç., 100A. AZ1073)
    
İş vaxtı:    Bazar ertəsi - Cümə, 09:00-18:00
(13:00-14:00 nahar fasiləsi)

⦁    Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmiş əmək müqaviləsi bağlanır.
⦁    İşə qəbul edilmiş əməkdaşlar lazimi texniki avadanlıq və proqram təminatı lisenziyası ilə təmin edilir.
 

Müraciət etmək istəyən şəxslər iş təcrübələri və icrasında iştirak etdiyi layihələr barədə detallı məlumatı özündə əks etdirən CV-lərini «Technical Business Analyst» başlığı ilə ikt@eco.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox