Vakansiya haqqında
- Kargüzarlıq və sənəd dövriyyəsi barədə bankdaxili qaydaların işlənib hazırlanmasında iştirak edir;
- Müşahidə Şurası və İdarə Heyəti iclaslarının protokollarını hazırlayır;
- Müşahidə Şurası və İdarə Heyətinin iclaslarının protokol qərarlarının və İdarə Heyəti sədrinin sərəncam, tapşırıq və əmrlərinin icrasına nəzarət edir;
- Müşahidə Şurası və İdarə Heyəti iclaslarının təşkilini təmin edir;
- Katibliyin Əsasnaməsi, İdarə Heyəti sədrinin və Təşkilati Şöbənin rəhbərinin, şöbənin əsasnaməsi daxilində ona həvalə edilmiş digər tapşırıqları həyata keçirir;
- Özünün, habelə struktur bölməsinin fəaliyyətinə aid olan digər məsələlərinin icrasını təmin etmək;
Mənbə: Rabitabank
Namizədə tələblər:- Ali təhsil (hüquqi və ya iqtisadi təhsilin olması arzuolunandır);
- Müvafiq sahə üzrə azı 2 il təcrübə;
- Operativ təhlil, düzgün qiymətləndirmə və keyfiyyətli icra bacarığı;
- MS Office proqramında yüksək səviyyədə işləyə bilmək bacarığı;
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!