Vakansiya haqqında
Reflect Architects komandası olaraq, peşəkar və yaradıcı baxış bucağına sahib təcrübəli memar axtarırıq. Əgər sən həm texniki biliklərini, həm də estetik zövqünü layihələrə əks etdirə bilirsənsə, sənə komandamızda yer var!
Vəzifələr:
- Memarlıq layihələrinin konsepsiyadan icraya qədər işlənməsi
- Layihə sənədlərinin texniki tərtibatlarının hazırlanması
- Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
- Müştəri və podratçılarla fəal əməkdaşlıq
- Layihələrin vaxtında və keyfiyyətli təhvil verilməsinin təmin olunması
Tələblər:
- Memarlıq üzrə ali təhsil
- İri layihələndirmə şirkətlərində minimum 3 il peşəkar təcrübə
- AutoCAD, Revit, SketchUp, Enscape, Adobe bilikləri
- Detallara diqqətli, məsuliyyətli yanaşma və zaman idarəsi bacarığı
- Komanda ilə işləmək qabiliyyəti
- Yaradıcılıq və təşəbbüskarlıq
Təklif edirik:
- 5/2 iş qrafiki
- İş saatları: 09:30 – 18:00
- Ölkə əhəmiyyətli layihələrdə iştirak imkanı
- Peşəkar komanda və inkişaf yönümlü mühit
- 1000-1500 AZN əmək haqqı (namizədin təcrübəsinə uyğun olaraq)
- Şəxsi və peşəkar inkişaf imkanları
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!