PREMİUM Yeni

Memar

03 noyabr 2026 56 baxış

  • Maaş 1000 - 2000 AZN
  • İş rejimi Tam-ştat
  • Təhsil Bakalavr
  • Təcrübə 5 ildən yüksək
  • Bitmə tarixi 08 dekabr 2026 35 gün qalıb
  • Ünvan Bakı

Vakansiya haqqında

HEPTAGON GROUP MMC memarlıq, dizayn və tikinti layihələrində çalışmaq üçün 5 ildən artıq iş təcrübəsinə malik memar axtarır. Restoran və hotel layihələrinin memarlıq həlləri, interyer layihələndirilməsi və icrası üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.

Namizədə tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil;

  • Memarlıq və layihələndirmə sahəsində 5 ildən artıq iş təcrübəsi;

  • İngilis və rus dilləri üzrə ən azı orta səviyyədə bilik;

  • AutoCAD proqramında sərbəst işləmək, Revit və ya ArchiCAD proqramlarından birini bilmək;

  • 3ds Max, SketchUp və vizuallaşdırma proqramları ilə işləmək bacarığı üstünlükdür;

  • Konsept layihədən işçi layihəyə qədər memarlıq sənədlərini hazırlamaq bacarığı;

  • Plan, kəsik, görünüş, fasad, konstruktiv birləşmə və interyer detallarını işləmək bacarığı;

  • Tikinti və tamamlama materialları, tətbiq texnologiyaları və layihələndirmə normaları üzrə bilik;

  • Memarlıq həllərini konstruksiya və mühəndis sistemləri ilə əlaqələndirmək bacarığı;

  • Məsuliyyətlilik, detallara diqqət, komanda ilə işləmək və tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Obyekt üzrə ölçülərin götürülməsi və mövcud vəziyyət planlarının hazırlanması;

  • Sifarişçinin tələblərinə uyğun funksional planlaşdırma, memarlıq və interyer həllərinin işlənməsi;

  • İşçi çertyojların, detal və qovşaqların, material spesifikasiyalarının hazırlanması;

  • Restoran və hotel layihələrində qonaq, personal və xidmət axınlarının, mətbəx və köməkçi sahələrin düzgün planlaşdırılması;

  • HVAC, elektrik, su-kanalizasiya və yanğın təhlükəsizliyi bölmələri ilə layihə koordinasiyasının aparılması;

  • Tikinti sahəsində işlərin layihəyə uyğunluğuna müəllif nəzarətində iştirak və yaranan texniki məsələlər üzrə həllərin hazırlanması;

  • Layihə dəyişikliklərinin çertyojlarda əks etdirilməsi və sənədlərin təhvilə hazırlanması.

İş şəraiti və əmək haqqı:

  • Əmək haqqı namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə əsasən, qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir;

  • Müxtəlif təyinatlı memarlıq, interyer və tikinti layihələrində iştirak imkanı;

  • Peşəkar inkişafına, yeni biliklər qazanmağa və mürəkkəb layihələr üzərində işləməyə marağı olan namizədlər dəvət olunur.

  • Sınaq müddəti əsasında özünü doğruldan namizədlərlə yola davam ediləcək 

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Memar vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

1

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ