- Verilən sifarişlərə uyğun yükləri göstərilən ünvana vaxtında, təyinatına zərər yetirilmədən çatdırır.
- İdarə etdiyi avtomaşının sazlığını, müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirilməsinə nəzarət edir.
- Verilən sifarişlərə əsasən mallar qaimələrə əsasən avtomaşına yüklənərkən sürücü malların səliqəli, zədələnmədən, yararsız hala düşmədən sayına, görkəminə diqqət yetirir, həmin malları vaxtında göstərilmiş ünvana çatdırır.
- Rəhbərliyin tapşırıqlarını icra edir.
Namizədə tələblər:- xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini,
- avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını;
- texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını; akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını;
- avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!