Strategiya ofisinin pərakəndə bankçılıq üzrə aparıcı / baş mütəxəssisi

Strategiya ofisinin pərakəndə bankçılıq üzrə aparıcı / baş mütəxəssisi

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 sentyabr 2024

  • Bitmə tarixi

    01 noyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Strategiya üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Görəcəyiniz işlər:

 

  • Pərakəndə bankçılıq sahəsi üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
  • Pərakəndə və ekvayrinq biznesi istiqamətində yeni məhsul və xidmətlərin araşdırılması və yeni təcrübələrin tədbiq edilməsi;
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
  • İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
  • Qlobal və yerli bazarda pərakəndə bankçılıq sahəsinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
  • Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq; 
  • Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək. 

 

Bizim üçün uyğun namizəd:

 

  • Ali təhsilə (Xarici təhsil və ya beynəlxalq sertifikatklar arzuolunandır);
  • Pərakəndə biznesi sahəsi üzrə ən azı 2 il iş təcrübəsinə;
  • Yaxşı səviyyədə MS Office proqram biliyinə;
  • Xarici dil biliyinə  (İngilis dili mütləqdir, rus arzuolunandır);
  • Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqlarına;
  • Yüksək təqdimat və ünsiyyət qabiliyyətinə;
  • Yüksək kommunikasiya bacarıqlarına malik olan şəxsdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox