Vakansiya haqqında
Biz sizə nə vəd edirik?
- Onlayn və oflayn işləmək imkanı;
- Peşəkar komandanın bir üzvü olmaq;
- Karyera qrupuna əlavə olunmaq imkanı;
- Kurslarımızın xidmətlərindən güzəştli yararlanmaq imkanı.
Osmanbəyli Academy həvəsli, çalışqan, enerjili, daim öyrənməyə və öz üzərində işləməyə meyilli olan tələbələri sosial media marketinqi üzrə təcrübəçi vəzifəsinə dəvət edir. 2 aylıq təcrübə proqramında iştirak etməklə siz peşəkar bir komandada çalışmaq və təcrübə qazanmaq imkanından yararlanacaqsız. Sonda təcrübə proqramını uğurla bitirənlərə sertifikat və xasiyyətnamə veriləcək.
Tələblər:
- Sosial media alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvürün olması;
- Azərbaycan dilinin qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı;
- Əlavə dil bilikləri üstünlükdür;
- MS Office proqramları üzrə işləmək qabiliyyəti;
- Kommunikasiya bacarığı;
- Komandada işləmək bacarığı;
- Öyrənməyə həvəsli, məsuliyyətli, pozitiv olmaq.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!