Sosial media cavablandırma operatoru

Sosial media cavablandırma operatoru

Global Olympiyad Center
  • Şəhər

    Bakı, Nizami küçəsi 203B, Af Business House 7-ci mərtəbə

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    400 - 600 AZN

    Potensiallı gənc olarsa, bacarıqlarına uyğun əmək haqqı razılaşdırıla bilər.
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Vacib deyil

  • Yerləşmə tarixi

    20 aprel 2026

  • Bitmə tarixi

    30 may 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Global Olympiad Center üçün sosial media, çat və digər kommunikasiya kanalları üzərindən daxil olan müraciətləri peşəkar şəkildə cavablandıracaq, eyni zamanda e-mail vasitəsilə gündəlik və dövri hesabatları hazırlayıb göndərəcək əməkdaş axtarırıq. Bu vəzifə həm müştəri məmnuniyyətinin qorunması, həm də satışa çevrilə biləcək müraciətlərin düzgün idarə olunması baxımından strateji əhəmiyyət daşıyır.

 

Vəzifə öhdəlikləri

  • Sosial media və digər kommunikasiya kanalları üzərindən daxil olan müraciətləri operativ və düzgün şəkildə cavablandırmaq
  • Satış yönümlü yazışmaları aparmaq, xidmət və proqramlarla bağlı sualları dolğun şəkildə cavablandırmaq
  • Daxil olan müraciət, şikayət və iradları aidiyyəti şöbə və məsul şəxslərə yönləndirmək
  • Müştəri etiraz və problemlərinin həlli prosesində aktiv iştirak etmək
  • Müştəri məmnuniyyətinin və korporativ ünsiyyət keyfiyyətinin qorunmasına dəstək vermək
  • Sosial media platformalarında şirkət haqqında yazılan rəy, şərh və geri bildirimləri izləmək
  • Gündəlik və dövri e-mail hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Vəzifə təlimatına uyğun digər əməliyyat və dəstək işlərini yerinə yetirmək

 

Tələblər

  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığının yüksək səviyyədə olması
  • Rus dili biliyi üstünlük hesab olunur
  • İşgüzar yazışma və peşəkar ünsiyyət qaydalarını bilmək
  • Sosial media üzərindən nəzakətli, aydın və nəticəyönümlü kommunikasiya qurmaq bacarığı
  • Operativ, məsuliyyətli, diqqətli və punktual olmaq
  • Komandada işləmək bacarığı
  • E-mail və hesabatlama işlərini aparacaq səviyyədə ofis proqramlarından istifadə bacarığı
  • Müvafiq sahədə iş təcrübəsi üstünlükdür

 

İş şəraiti

  • 6 günlük iş qrafiki
  • İş saatı: 10:00 – 18:00
  • İş yeri: AF Business House, 7-ci mərtəbə, Global Olympiad Center
  • Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

 

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media və Müştəri Cavablama Operatoru” qeyd etməklə khayal.ibrahimzada@globalolympiccenter.org elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin.

Oxşar vakansiyalardan bildiriş al

Sosial media cavablandırma operatoru vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox