Vaxtı bitib

SME Kreditləri üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis (Şirvan)

15 iyul 2026 1 866 baxış

  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 15 avqust 2026
  • Ünvan Şirvan, Azərbaycan
Diqqət!

Bu elanın vaxtı bitib. Kredit mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Kredit mütəxəssisi üzrə əməkdaş axtarırsınız?

Hazırda 938 aktiv namizəd Kredit mütəxəssisi vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Təsvir

SME Kreditləri komandamıza peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz kiçik və orta sahibkarlıq (SME) subyektlərinin maliyyə təhlili, kredit layihələrinin hazırlanması və kredit portfelinin effektiv idarə olunmasında aktiv rol alacaqsınız.


Vəzifə öhdəlikləri

  • Yeni SME müştərilərinin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
  • SME müştərilərindən daxil olan kredit müraciətlərinin qəbul edilməsi, biznes fəaliyyətinin, maliyyə vəziyyətinin və kredit qabiliyyətinin hərtərəfli təhlilinin aparılması;
  • Maliyyə təhlilinin nəticələrinə əsasən kredit təkliflərinin hazırlanması və bankın daxili prosedurlarına uyğun rəsmiləşdirilməsi;
  • Kredit sənədlərinin tam, düzgün və vaxtında hazırlanmasının təmin edilməsi;
  • Müştərilərin maliyyə hesabatlarının və digər zəruri sənədlərinin təhlili, kredit risklərinin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün təkliflərin hazırlanması;
  • Kredit portfelinin davamlı monitorinqinin aparılması, ödəniş intizamına nəzarət edilməsi və potensial risklərin vaxtında müəyyənləşdirilməsi;
  • Bankın daxili qaydalarına, prosedurlarına və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilməsi.


Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə);
  • SME kreditləri, biznes kreditlərinin təhlili və ya kreditləşmə sahəsində minimum 1–3 il iş təcrübəsi;
  • Biznesin maliyyə təhlili, maliyyə hesabatlarının təhlili və kredit risklərinin qiymətləndirilməsi üzrə dərin biliklər;
  • Güclü analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Müştəriyönümlü yanaşma, məsuliyyətlilik və nəticəyönümlülük;
  • MS Excel proqramı ilə sərbəst işləmək bacarığı.


Biz nə təklif edirik?

  • Azərbaycanın aparıcı banklarından birində peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • SME seqmentində müxtəlif kredit layihələri üzərində işləmək imkanı;
  • Güclü peşəkar komanda ilə işləmək və təcrübə mübadiləsi aparmaq imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya sistemi;
  • Davamlı təlim və inkişaf proqramları.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Gələcək SME Kreditləri üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis (Şirvan) vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

24

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ