Vakansiya haqqında
Birbankın Siyəzən filialında Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsi üzrə detallara qarşı diqqətli, ünsiyyət bacarıqları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
• Ali təhsil
• Azərbaycan dili mükəmməl səviyyədə mütləqdir (Rus və İngilis dili biliyi üstünlükdür)
• Yüksək səviyyədə ünsiyyət bacarığı
• Empatiya və dinləmə qabiliyyəti
• Problem həll etmə bacarığı, təşəbbüskarlıq və sahiblənmə bacarığı
• Çeviklik və adaptasiya bacarığı
• Məsuliyyətlilik, öyrənmə çevikliyi və inkişafyönümlülük
• Satış və inandırma bacarığı
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
• Müştərilərin ehtiyaclarını dərindən anlayaraq, empatiya ilə fərdi yanaşaraq, dəqiq, vaxtında və yüksək keyfiyyətli xidmətin göstərilməsi, müştəri məmnuniyyətinin təmin edilməsi
- Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırılması;
- Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasının təmin edilməsi;
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət edilməsi və təhlillər aparılması;
- Yeni müştərilərin cəlb edilməsi;
- Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsi;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl edilməsi;
- Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işlənilməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!