Sığorta üzrə Mütəxəssis

Sığorta üzrə Mütəxəssis

Sığortalı.az
  • Şəhər

    Bakı, Badamdar şossesi 42

  • Kateqoriya

    SMM

  • Maaş

    400 - 500 AZN

    gross
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Bakalavr

  • Yerləşmə tarixi

    12 sentyabr 2026

  • Bitmə tarixi

    22 oktyabr 2026

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Sığorta üzrə Satış və Sosial Media Mütəxəssisi

Komandamıza satış yönümlü, çevik, həvəsli və inkişaf etməyə açıq xanım əməkdaş axtarırıq!

Əgər insanlarla ünsiyyət qurmağı, sosial mediadan aktiv istifadə etməyi və satış sahəsində özünüzü inkişaf etdirməyi sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Əsas vəzifələr

  • Sığorta məhsullarının müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi;
  • Sosial media platformalarından daxil olan müştəri sorğularının operativ şəkildə cavablandırılması;
  • Potensial müştərilərlə yazılı və şifahi ünsiyyətin qurulması;
  • Sosial media üzərindən satış prosesinin həyata keçirilməsi;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun sığorta məhsullarının təklif edilməsi;
  • Satış nəticələrinin artırılması və müştəri bazasının inkişaf etdirilməsi;
  • Sosial media üçün cəlbedici mətnlərin hazırlanması;
  • Kopiraytinq bacarığından istifadə edərək müştərilərin diqqətini cəlb edən məzmunların hazırlanması.

Namizədə tələblər

  • Xanım namizəd;
  • Ali təhsil;
  • Riyazi biliklər və rəqəmlərlə işləmə bacarığı;
  • Kompüter bilikləri;
  • Kompüterdə sürətli və çevik işləmək bacarığı;
  • Sosial media platformalarından aktiv istifadə;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Satış yönümlü düşüncə;
  • Komanda ilə işləmək bacarığı.

Kimləri axtarırıq?

Sürətli, enerjili, həvəsli, bacarıqlı və nəticə yönümlü xanım komanda yoldaşı axtarırıq.

Əgər sosial mediadan aktiv istifadə edir, insanlarla rahat ünsiyyət qurur, satış sahəsinə maraq göstərir və özünüzü inkişaf etdirməyə həvəslisinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalardan bildiriş al

Sığorta üzrə Mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox