Vakansiya haqqında
İşin Təsviri
- Müraciətçi sorğularını (Mobil nömrə və Sosial media platformaları üzərindən) və ya istəklərini operativ olaraq cavablandırmaq və şirkətin fəaliyyət və xidmətləri ilə bağlı dolğun məlumat vermək
- Müştəri bazasının formalaşdırılması və mövcud müştəri bazası ilə mütamadi olaraq işləmək
- Sosial media postlarının paylaşılması və postlarla bağlı fotoqraf və dizaynerlərlə əlaqədə olmaq
- Satışın həyata keçirilməsi və proses yekunlaşana qədər izlənilməsi
- Müştəri məmnuniyyətinin qorunub saxlanılması
- Yeni satış kanalları ilə bağlı təkliflərin verilməsi
- Gündəlik fəaliyyətlə bağlı hesabatların rəhbərliyə təqdim olunması
İş Şərtləri
Komandamıza qoşularaq qazanacaqsınız:
- Karyerada inkişaf imkanı
- Daxili təlimlərdə ödənişsiz iştirak etmə hüququ
- Networking
- Pozitiv komanda ilə çalışma imkanı
Ünvan: N.Nərimanov, Albert Aqarunov küç,
İş Qrafiki: 09:00 - 18:00 ( 6 günlük iş qrafiki)
Əmək haqqı: 400-600 AZN + Bonus
Namizədə tələblər:Tələblər
- Ali Təhsil
- 21-30 yaş
- Satış sahəsində təcrübə və nəzəri biliklərin olması üstünlükdür
- İnsan Resursları sahəsi üzrə baza biliklərin olması arzuolunandır
- Azərbaycan dilində səlis danışıq, yüksək səviyyədə kommunikasiya və təqdimat bacarığı
- MS office (Word, Excel) proqramları üzrə orta səviyyə biliklər
- Vaxtı düzgün idarə etmə, Planlama və Komanda ruhuna sahib
- Məsuliyyətli, Aktiv, Çalışqan və İşə həvəsli olmaq əsas prioritetlərdəndir
Maraqlanan namizədlər mövzu yerində “Satış üzrə Kiçik Mütəxəssis/Mütəxəssis” yazmaqla öz CV-lərini coshqunhamzayev@gmail.com ünvanına göndərə bilər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.
Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!