Vakansiya haqqında
Vakansiya: Satış təmsilçisi
Vəzifə öhdəlikləri:
• Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
• Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
• Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
• Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
• Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
• Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə tələblər:
Ali Təhsilli
Müvafiq sahə və topdan satış üzrə 2-3 il iş təcrübəsi;
Təşkilati və analitik bacarıqlar;
Sürücülük vəsiqəsinin olması mütləqdir.
İş şərtləri:
Əmək haqqı: 300 AZN fiks və əlavə satışdan bonus. Ortalama 1000-1500 AZN əmək haqqı.
Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
Region (Kürdəmir-Hacıqabul-Şirvan-Sabirabad-Saatlı-İmişli-Beyləqan-Fizuli) və Bakı şəhərinə tələb olunur.
Regionlarda ezamiyyət xərcləri təmin edilir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!