Satınalma mütəxəssisi (Bəy)

Satınalma mütəxəssisi (Bəy)

Oil Supply MMC

Ə/h razılaşma ilə
Diqqət ! Bu elanın vaxtı bitib
İş barədə məlumat

Satınalma Mütəxəssisinin əmək funksiyaları

• Mal və xidmətlərin yerli və xarici tədarükçülərini müəyyənləşdirilməsi
• Mal göndərənlər və potensial təchizatçılar ilə malların (vəya xidmətlərin) qiyməti, keyfiyyəti, təchizat tarixləri və s. şərtlərin razılaşdırılması üçün danışıqların aparılması.
• Mal tələbləri üzrə yaranan dəyişikliklər və təfərrüatları ilə bağlı təchizatçılarla və layihə rəhbərləri ilə əlaqələrin qurulması.
• Satınalma sifarişlərinin yaradılması və bunları tədarük risklərinin qiymətləndirilməsi
• Çatdırılan malların dəqiqliyini təmin edilməsi üçün fakturalara nəzarətn
• Mal axınının müsbət qalmasını təmin etmək üçün inventarlara nəzarət edilməsi
• Müqavilə öhdəliklərinin şirkət üçün əlverişli olmasını təmin etmək üçün hüquq şöbəsi ilə görüşlərdə iştirak etmək
• Satınalma tələblərinin təfərrüatlarını anlamaq üçün layihə qrupu ilə sıx əməkdaşlıq edilməsi
- İş qrafiki: həftəfə 5 günü saat 09:00-19:00; 6 gün – 09:30-16:00
- Mobil danışıqlar ofis tərəfindən təmin edlir
- Nahar ofis tərəfindən təmin edilir
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur, namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satınalma mütəxəssisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər

Namizəd üçün tələblər

Satınalma mütəxəssisi üçün ixtisas göstəriciləri

• Təchizat sahəsində satınalma mütəxəssisi kimi iş təcrübəsi
• Sənaye məhsulları haqqında biliklər (inşaat materialları, iş təhlükəsizliyi məhsulları, alətlər, sənaye ehtiyat hissələri)
• Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
• Qüsursuz danışıq aparma və problem həll etmə bacarıqları
• Universitet məzunu dərəcəsi (müvafiq sahə üzrə olanlara üstünlük verilir)
• Yerli sənaye bazar məhsulları haqqında məlumat sahibi olma
• Xarici təchizatçılarla əlaqələr qurma bacarığı.
• Müxtəlif iş vəziyyətlərinə çevik işgüzarlıq ilə reaksiya vermə bacarığı
• İşin tələb üzrə ehtiyat yarandığı halda vaxtından çox işləməyə hazır olma
• Azərbaycan, ingilis və rus dillərini çox yaxşı bilmək.
• 25-40 yaş, kişi mütəxəssislər tələb olunur
• Nümumnəvi şəxsiyyətli, peşəkar davranışlı, ifadəli, ünsiyyətcil və sürətli öyrənən.
• Sürücülük təcrübəsi və vəsiqəsi olanlara üstünlük verilir.

Vakansiyalardan tez xəbərdar olmaq üçün bizi Telegram-da izləyin.

hellojobaz

Oxşar Vakansiyalar

Укажите причину жалобы на вакансию "Курьер"