Vakansiya haqqında
Bu rolda Salyan filialımızda yerli sahibkarların etibarlı maliyyə tərəfdaşına çevriləcək, onların bizneslərini böyütmələri üçün Birbankın üstün mikro kredit məhsullarını təqdim edəcəksən. Yeni müştərilərin cəlb olunması, portfelin keyfiyyətlə böyüdülməsi və sahibkarlara peşəkar maliyyə məsləhətlərinin verilməsi sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
- Ali təhsil;
- Sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi;
- Satış bacarığı;
- Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
- Sahiblənmə və məsuliyyət hissi;
- Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma.
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
· Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
· Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
· Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
· Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
· Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
· Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
· İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
· Görülmüş işlər üzrə hesabatlar verir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!