Vaxtı bitib

Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Baş mütəxəssis

  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 02 yanvar 2026
Diqqət!

Bu elanın vaxtı bitib. Kredit mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Vakansiya haqqında

Təsvir

  • Yarımillik Stress Testlərinin İcrası: Bankın məcmu kapital dayanıqlığını, likvidlik mövqeyini və kredit portfelinin davamlılığını qiymətləndirmək üçün MB (Mərkəzi Bank) tərəfindən tələb olunan stress testlərinin planlaşdırılması, aparılması və nəticələrin detallı təhlili;
  • Stress Test Modellərinin Qurulması və Seçimi: Stress ssenarilərinin formalaşdırılması, makroiqtisadi göstəricilərin bank göstəricilərinə təsirinin modelləşdirilməsi, müvafiq statistik və iqtisadi modellərin seçilməsi, kalibrlənməsi və optimallaşdırılması;
  • Stress Halında Maliyyə Nəticələrinin Proqnozu: Stress ssenarilərinin bankın mənfəətlilik, kapital adekvatlığı, problemli kreditlər səviyyəsi, likvidlik və digər əsas maliyyə göstəriciləri üzərində təsirinin qiymətləndirilməsi; qısamüddətli və uzunmüddətli proqnozların hazırlanması;
  • Tədbirlər Planının Hazırlanması: Stress test nəticələrinə əsasən kapital çatışmazlığı risklərinin azaldılması, likvidlik buferlərinin gücləndirilməsi, risk ekspozisiyalarının optimallaşdırılması və digər zəruri tədbirləri ehtiva edən planın hazırlanması;
  • Mövcud Modellərin Validasiyası və Təkmilləşdirilməsi: Kredit risk modellərinin performansının mütəmadi qiymətləndirilməsi (back-testing, benchmarking və s.), model risklərinin müəyyən edilməsi, metodoloji yeniliklərin tətbiqi və model sənədləşməsinin təkmilləşdirilməsi;
  • Verilənlər Bazası ilə İş və Analitika: Böyük həcmli məlumatların emalı, təmizlənməsi, strukturlaşdırılması və analizi; data keyfiyyətinin monitorinqi; SQL, Python, R və digər analitik alətlərdən istifadə etməklə hesabat və modellərin hazırlanması;
  • Risk Yönümlü Data Analitika: Kredit portfeli, müştəri davranışları, məhsul performansı və digər risk göstəricilərinin təhlili; risk tendensiyalarının müəyyən edilməsi; qərarların verilməsini dəstəkləyən data əsaslı analitik modellərin qurulması;
  • Yeni və Mövcud Məhsulların Risk Analizi: Yeni məhsullar üzrə risklərin qiymətləndirilməsi, məhsulun biznes modelinə, qiymət siyasətinə, kredit risk mexanizmlərinə və kapital tələblərinə təsirinin analizi; mövcud məhsullar üzrə risk parametrlərinin monitorinqi;
  • Sağlamlaşdırma (Recovery) Planlarının Hazırlanması: Bankın stress halında davamlı fəaliyyətini təmin edən alternativ ssenarilərin hazırlanması, potensial risklərin qarşısının alınması üçün pre-emptive tədbirlərin müəyyən edilməsi, risklərin azaldılması strategiyalarının işlənməsi;

Tələblər

  • Təhsil:

Ali təhsil (iqtisad, maliyyə, bank işi, riyaziyyat, statistik, data analitik, İT, və ya əlaqəli sahələr üzrə);

Maliyyə, Data analitikası və ya risk idarəçiliyi sahəsində müvafiq sertifikatlar arzuolunandır (CFA, FRM, ACCA, SQL, Oracle, və ya digər );

  • Təcrübə:

Bank və ya maliyyə təşkilatlarında minimum 3 il risk idarəçiliyi və ya analitika sahəsində iş təcrübəsi;

Stress testlərin həyata keçirilməsi və ya buna bənzər analitik fəaliyyətlərlə bağlı təcrübə mütləqdir;

Maliyyə modelləşdirilməsi və ya risk modellərinin qurulması təcrübəsi;

Maliyyə hesabatları və maliyyə analizi;

  • Biliklər:

Stress test metodologiyaları: Bankların müxtəlif iqtisadi və maliyyə şoklarına qarşı dayanıqlılığını ölçmək üçün istifadə olunan metodologiyalar (məsələn, iqtisadi şoklar, bazar dəyişiklikləri, kredit itkiləri və s.).

Risk idarəçiliyi anlayışları: Kredit riski, bazar riski, likvidlik riski, əməliyyat riski və s. haqqında bilik;

Maliyyə modelləşdirmə və statistik metodlar: Regresiya analizi, ehtimal nəzəriyyəsi, Monte Carlo simulyasiyası və s. kimi metodlarla tanışlıq;

Verilənlərin təhlili və statistik proqram təminatları: (Excel, VBA, R, Python kimi proqramlaşdırma dilləri ilə analitik təcrübə);

Maliyyə tənzimləmələri və qaydaları: İqtisadi tənzimləmələr və stress testlərə dair yerli və beynəlxalq qaydalar (Basel Komitəsi, İƏİT və s.);

Analitik düşüncə, Yüksək diqqət və dəqiqlik, İşbirliyi və komandada işləmək bacarığı;

  • Texniki Bacarıqlar:

Proqramlaşdırma və verilənlər bazası bilikləri: SQL, Python və ya digər verilənlər bazası diləri ilə iş təcrübəsi mütləqdir;

Maliyyə modellərinin qurulması: Excel-də kompleks maliyyə modellərinin qurulması və analizi;

Verilənlərin vizuallaşdırılması: Tableau, Power BI və s. kimi vizuallaşdırma alətləri ilə təcrübə arzuolunandır;

  • Dil Bilikləri:

Azərbaycan dili, İngilis dili: Orta səviyyəsində.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Baş mütəxəssis üzrə əməkdaş axtarırsınız?

Minlərlə şəxs Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Baş mütəxəssis vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz

Gələcək Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Baş mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

27

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ