Vakansiya haqqında
Görəcəyiniz işlər:
- İstehlak və mikro kreditlər üzrə müraciətləri təhlil etmək, kredit risklərini qiymətləndirmək və bankdaxili qaydalara uyğun olaraq səlahiyyət çərçivəsində qərar qəbul etmək;
- Müştərinin gəlir və xərclərini, mövcud öhdəliklərini təhlil edərək maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;
- Müştərinin kredit tarixçəsini və ödəniş davranışını təhlil etmək, defolt riskini artıran amilləri, məlumatlardakı uyğunsuzluqları və mümkün saxtakarlıq əlamətlərini müəyyənləşdirmək;
- Qızıl təminatlı kredit müraciətlərini təhlil etmək. Qızıl və digər təminat növlərinin bazar dəyərini və likvidliyini nəzərə alaraq təminatın kredit öhdəliyini nə dərəcədə qarşıladığını qiymətləndirmək;
- Restrukturizasiya müraciətləri üzrə ödəniş çətinliyinin səbəblərini təhlil etmək, yeni kredit şərtlərinin müştərinin ödəmə qabiliyyətinə uyğunluğunu qiymətləndirmək və səlahiyyət çərçivəsində qərar qəbul etmək;
- Kreditləşmə üzrə araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və proseslərin təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Vəzifə funksiyalarından irəli gələn digər tapşırıqları və bu çərçivədə rəhbərliyin verdiyi tapşırıqları icra etmək.
Bizim üçün uyğun namizəd:
- İqtisadiyyat, maliyyə və ya riyaziyyat üzrə ali təhsili olan;
- Bank və ya maliyyə sektorunda ən azı 1 il iş təcrübəsi olan;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mərkəzi Bankının kredit risklərinin idarə edilməsi üzrə tələbləri və kreditləşməyə aid digər normativ aktlar barədə bilikləri olan;
- İstehlak və mikro kreditlərin təhlili, anderraytinqi və kredit qərarlarının qəbulu üzrə praktiki təcrübəsi olan;
- Müştərinin gəlir və xərclərini, borc yükünü və maliyyə vəziyyətini təhlil etmək, davranış modelinin nəticələrini şərh etmək bacarığı olan;
- Mikro sahibkarın pul axınlarını təhlil edərək biznesin kredit ödənişlərini qarşılamaq imkanını qiymətləndirmək bacarığı olan;
- Analitik və məntiqi düşünmək, problemlərə həll yolları təklif etmək və çevik qərarvermə qabiliyyəti olan;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı tələb olunur. SQL və ya Python bilikləri əlavə üstünlükdür;
- Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı. İngilis və rus dillərini bilmək əlavə üstünlükdür;
- CFA və ya ACCA sertifikatlarına və ya bu proqramlar üzrə biliklərə malik olmaq əlavə üstünlükdür.
- Detallara diqqət, məsuliyyətlilik və tapşırıqları prioritetləşdirərək vaxtında yerinə yetirmək bacarığı olan;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı olan şəxsdir.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!