Vakansiya haqqında
Təsvir
“Rabitəbank” ASC Quba, Qusar və Xaçmaz filialları üzrə Lombard kreditləri istiqamətində Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir! Bu istiqamətdə Team Lead və Mütəxəssis vəzifələri üzrə namizəd axtarışındayıq.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
- Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
- Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
- Bankın tələblərinə uyğun olan müştəriləri banka cəlb edilməsini təmin etmək;
- Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək.
Tələblər
- Ali təhsil (iqtisadi olması arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!