Vakansiya haqqında
Rəqəmsal marketinq üzrə ekspert
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.
Rəqəmsal Marketinq üzrə Ekspert kimi siz rəqəmsal marketinq strategiyalarının yaradılması və tətbiq edilməsindən ibarətdir.
Vakansiya haqqında
Şirkət: Azerconnect
Funksiya :Marketinq
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 13 September 2021
Sizin əsas vəzifə öhdəlikləriniz:
*Brendlərin kommunikasiya strategiyalarına uyğun olan rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək
*Kampaniyaların effektivliyini izləmək, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək
*Rəqəmsal reklam yerləşdirilməsi üzrə büdcələrin təyin edilməsinə və hər bir yerləşdirmə kanalları (Google, Sosial Media və yerli veb saytlar) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək
*Veb sayt və mobil tətbiqlərin statistik və müştəri təcrübəsi göstəricilərinin daim yüksək səviyyədə saxlanılmasını və təkmilləşdirilməsini təmin etmək
*Rəqəmsal marketinq agentlikləri ilə iş prosesinə nəzarət etmək, kampaniya briflərinin yazılmasına və kommunikasiyasına dəstək göstərmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
*İqtisadiyyat, Marketinq, Menecement və ya Biznes Administrasiyası üzrə Ali təhsil
*Rəqəmsal marketinq, brend və reklam işi sahəsində minimum 3-5 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
*Müştəri yönümlü
*Kreativlik
*Layihələri idarə etmə bacarığı
*Komanda işi və əməkdaşlıq etmə bacarığı
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili üstünlük hesab olunur)
*MS Office proqramlarını bilmək
Müraciət etmək üçün:
Müraciət etmək üçün bu linkə keçid alın.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!