Rəqəmsal Bankçılıq İdarəsinin Məhsul və xidmətlər şöbəsi

Rəqəmsal Bankçılıq İdarəsinin Məhsul və xidmətlər şöbəsi

Xalq Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    22 yanvar 2025

  • Bitmə tarixi

    26 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Rəqamsal Bankçılıq üzrə analitik vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Yeni rəqəmsal məhsul və xidmətlərin yaradılması, habelə ənənəvi bank məhsullarının rəqəmsallaşdırılması istiqamətində işlərin təşkili
  • İnternet və mobil bankçılıq tətbiqlərində yeni funksionallıqların reallaşdırılması üçün tələblərin tərtibi
  • İstifadəçi qəbulu sınaqlarının (UAT) aidiyyəti struktur bölmələrlə birlikdə həyata keçirilməsi və funksionallığın təhvil verilməsi
  • Texniki xətaların və biznes proseslərdəki boşluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi
  • Mövcud və təklif edilən yeni proseslərin sxematik vizuallaşdırılması
  • Rəqəmsal xidmətlər üçün bankdaxili biznes proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə zəruri sənədlərin tərtibi (flow, diaqram, istifadəçi use case-ları, iş planı, texniki tələblər və s.)
  • Yeni rəqəmsal xidmət və məhsullar üçün tələblərin formalaşdırılmasında müvafiq biznes, əməliyyat, texniki struktur bölmələri və kənar təchizatçılarla birgə fəaliyyətin təşkili
  • Verilən biznes tələblərinin təhlili, zənginləşdirilməsi və texniki tələblərin formalaşdırılması
  • Bankdaxili sistemlərdə baş verən dəyişikliklərdən dolayı rəqəmsal bankçılıq tətbiqlərinin adaptasiyası üçün zəruri işlərin müəyyənləşdirilməsi və icrasının təşkili
  • Yerli və xarici bazarlarda yeni maliyyə texnologiyalarının araşdırılması və tətbiqi üçün təkliflərin hazırlanması
  • Rəqəmsal bankçılıq üzrə həyata keçirilən işlər və layihələrin icrası prosesləri üzrə hesabatın aparılması

 

Tələblər:

  • Ali magistr təhsili
  • Rəqəmsal xidmətlərin inkişafı sahəsində Biznes analitik kimi minimum 1 il iş təcrübəsi
  • Biznes tələbləri və texniki sənədlərlə iş təcrübəsi
  • Rəqəmsal maliyyə texnologiyaları barədə biliklər
  • Dəqiqlik və detallara diqqət yetirmə qabiliyyəti
  • Güclü analitik düşünmə qabiliyyəti
  • Rus və ingilis dili biliyi arzuolunandır
  • Layihələrin idarəedilməsi üzrə bilik və sertifikatlar üstünlükdür
  • Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklər

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox