Vakansiya haqqında
Təsvir:
- Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması
- Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması
- Nağd vəsaitlərin çeşidlənməsi
- Bankomatların yüklənilməsi və boşaldılması
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi)
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün)
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti
- Riyazi hesablama aparmaq qabiliyyəti
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
- Yüksək qavrama və öyrənmə qabiliyyəti
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Kompüter bilikləri
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!