Vakansiya haqqında
"Doğru Başlanğıc" mentorluq layihəsi üzrə aktiv, həvəsli, məqsədyönlü, karyera yolunda doğru başlanğıc etmək arzusunda olan gənclər axtarışındayıq.
Layihə sizə qazandıracaq:
- Peşəkar mentorlar tərəfindən fərdi dəstək;
- Şəbəkələşmə və əlaqə imkanları;
- Karyera başlanğıcı və inkişafı üçün sizə lazım olacaq bilik və bacarıqların gücləndirilməsi.
Layihənin gedişatı:
3 ay müddətinə davam edəcək mentorluq layihəsi çərçivəsində seçilmiş namizədlər hər ay ayda 2 dəfə olmaqla ümumilikdə 6 dəfə mentorlarla görüşəcək, seçilmiş mövzular üzrə inkişaf istiqamətlərini müəyyən edəcək, həmin istiqamətlər üzrə mentorlardan dəstək alaraq gələcək iş həyatında lazım olan əsas bacarıqlara yiyələnəcəklər.
Mentorluq layihəsi ərzində aşağıdakı mövzulardan 3 mövzunun seçilməsi və üzərində işlənilməsi nəzərdə tutulub:
- Kommunikasiya
- Komanda işi
- Korporativ etika
- Problem həll etmə qabiliyyəti
- Vaxtın idarə edilməsi
- Tənqidi düşüncə
- Stresin idarə edilməsi
- Konfliktin idarə edilməsi
Öhdəliklər:
Müddət ərzində seçilmiş iştirakçılardan gözləntilərimiz nələrdir?
- Təyin edilmiş vaxtlarda mentorla görüşlərdə iştirak etmək;
- Mentorlar tərəfindən verilən tapşırıqların icrasında maksimum həvəsli olmaqdır.
Tələblər:
Kimlər müraciət edə bilər?
- ali təhsilli (tələbə və məzunlar),
- təşəbbüskar,
- inkişafa meyilli,
- məqsədyönlü region gəncləri.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!