Bakı
Satış
500 AZN
Tam-ştat
Natamam ali
05 may 2026
14 iyun 2026
Minlərlə şəxs Qiymət monitorinqi üzrə mütəxəssis vakansiyası üçün vebsaytımızda iş axtarır. Elə indi 1 kliklə vakansiya yarada bilərsiniz
Oxşar vakansiya yaratTexnohome olaraq elektronika sahəsində qiymət siyasətimizi daha düzgün idarə etmək və bazarda rəqabət qabiliyyətimizi artırmaq üçün komandamıza *Qiymət Monitorinqi üzrə Mütəxəssis* xanım əməkdaş axtarırıq.
Bu vəzifədə əsas məqsəd bazarda rəqib mağazaların qiymətlərini gündəlik izləmək, dəyişiklikləri vaxtında müəyyən etmək və rəhbərliyə səliqəli hesabat şəklində təqdim etməkdir.
*Əsas vəzifələr:*
* Rəqib mağazaların saytlarında və onlayn satış platformalarında qiymətləri gündəlik yoxlamaq
* Elektronika, telefon, aksesuar və məişət texnikası məhsulları üzrə qiymət dəyişikliklərini izləmək
* Rəqiblərin endirim və kampaniyalarını qeyd etmək
* Qiymət fərqlərini Excel cədvəlində düzgün və səliqəli formada hazırlamaq
* Qiyməti aşağı düşən məhsullar üzrə rəhbərliyə operativ məlumat vermək
* Məhsul adı, model, kod, qiymət və linkləri düzgün şəkildə hesabatda göstərmək
* Gündəlik və həftəlik qiymət monitorinqi hesabatları hazırlamaq
*Namizədə tələblər:*
* Excel proqramından yaxşı istifadə bacarığı
* İnternetdə axtarış və müqayisə etmə bacarığı
* Diqqətli, məsuliyyətli və səliqəli olmaq
* Elektronika məhsullarına marağın olması üstünlükdür
* Məhsul modellərini düzgün ayırd edə bilmək
* Qiymətləri və kampaniyaları diqqətlə izləmək bacarığı
* Azərbaycan və rus dillərində məlumat oxuma bacarığı üstünlükdür
*Biz nə təklif edirik:*
* Elektronika sahəsində inkişaf imkanı
* Stabil iş mühiti
* Komanda ilə işləmək imkanı
* Bazarı öyrənmək və qiymət siyasətində real rol almaq şansı
*İş qrafiki*
Həftə içi 09:00-18:00
Şənbə günü 14:00`a qədər(qısa iş günü)
Bazar günü istirahət günü.
Müraciət üçün qeyd olunan başlıqla cv`ləri hr@texnohome.az ünvanına göndərin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.
Müraciət et
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.