Vakansiya haqqında
"Chaykoff" (Gutenberg) çay, qəhvə, şokolad və aksesuarların satışı üzrə ixtisaslaşmış şirkətdir. Məhsul çeşidimizi genişləndirmək məqsədilə "Qəhvə kateqoriyası üzrə menecer" axtarırıq. Bu şəxs qəhvə kateqoriyasının idarə edilməsinə və bu istiqamətin inkişafına cavabdeh olacaq.
Vəzifələr:
- Satınalma: Qəhvə təchizatçılarını araşdırmaq, seçmək və onlarla danışıqlar aparmaq. Səmərəli şərtlərlə müqavilələrin bağlanması.
- Merçendayzinq: Mağazalarda qəhvənin düzgün və cəlbedici şəkildə yerləşdirilməsini təmin etmək.
- Marketinq: Bu kateqoriyada olan məhsulların marketinqi, tanıtımı istiqamətində marketinq şöbəsi ilə sıx əməkdaşlıq etmək.
- Logistika və distribusiya: Tədarük və məhsulun mağazalar arasında paylanmasını koordinasiya etmək.
- Analiz və planlaşdırma: Satışları təhlil etmək, qəhvə bazarının trendlərini izləmək, tələbatı proqnozlaşdırmaq.
- Çeşidin idarə edilməsi: Məhsul xəttinin formalaşdırılması, çeşidin yenilənməsi və inkişaf etdirilməsi.
- Təlimlər: Satış heyəti üçün qəhvənin növləri, xüsusiyyətləri və hazırlanma üsulları üzrə təlimlərin keçirilməsi.
Tələblər:
- Kofe və ona yaxın sahələrdə minimum 3 il iş təcrübəsi
- Qəhvə bazarı, trendlər və istehlakçı zövqləri haqqında məlumatlı olmaq
- Kommunikasiya və danışıqların aparılması bacarığı
- Məlumatların təhlili, hesabatlarla işləmək və qərarları rəqəmlərə əsasən qəbul etmək bacarığı
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və nəticəyə yönümlülük.
- Rus və ingilis dilləri böyük üstünlükdür (xaricdə olan partnyorlarla iş və materialların təhlili üçün)
Təklif edirik:
- Dinamik inkişaf edən şirkətdə mehriban bir kollektivdə işləmək imkanı
- Kateqoriyanın formalaşdırılmasına təsir etmək və öz ideyalarınızı həyata keçirmək şansı
- Rəqabətli əmək haqqı və nəticələrə görə bonuslar
- Peşəkar inkişaf və karyera yüksəlişi
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!