Vakansiya haqqında
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Quba şəhərində yerləşən filialı üçün Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Namizədə tələblər:
Tələb olunan keyfiyyətlər:
- İş yeri: Quba şəhəri;
- Ali təhsil;
- Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Etibarlı sürücülük vəsiqəsi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor) qeyd etməklə göndərmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!