- Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
- Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
- Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
- Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
- Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
- Cəlbetmə və satış bacarığı;
- Məsuliyyətlilik, operativlik.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!