Vakansiya haqqında
“Güvənli” MMC kredit təşkilatı kredit departamentində kredit mütəxəssisi vakansiyası üçün ödənişli Təcrübə Proqramını açıq elan edir. 2021-ci ilin aprel ayından etibarən “Güvənli” MMC ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.
İş haqqında məlumat :
- Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
- Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
- Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Tələblər :
Cins: Xanım və Kişi namizədlər;
Şəhər : Bakı
Ali təhsil müəssisəsini yeni bitirməli;
Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Satış bacarığına malik olmaq.
Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar. Qeyd olunan tələblərə uyğun olan namizədlər CVlərini https://www.guvenli.az/ saytına daxil olaraq yollaya bilərlər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!