Vakansiya haqqında
1 Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət edir;
2 Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;
3 Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;
4 Kassirlərin düzgün işləməsinə nəzarət edir;
5 Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;
6 Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;
7 Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;
Namizədə tələblər:- Dürüstlük, dəqiqlik və çeviklik;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Məsuliyyətli, nizam-intizamlı olmalıdır;
- Hərbi mükəlləfiyyətli;
- Yaş həddi: 20 – 35 yaş;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır
İş şəraiti:
- 6 günlük növbəli iş qrafiki;
- Şirkət hesabına nahar;
- Rəqabət yönümlü əmək haqqı;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyera yüksəliş imkanı.
Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!