Müştərilərlə iş üzrə kiçik mütəxəssis / Bakı və region filialları

Müştərilərlə iş üzrə kiçik mütəxəssis / Bakı və region filialları

Kapital Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    23 dekabr 2024

  • Bitmə tarixi

    27 yanvar 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Müştərilərlə iş üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Öhdəliklər:

  • Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır;
  • Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir
  • Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
  • Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
  • Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
  • Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq;
  • Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
  • Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s.


Tələblər:

  • Azərbaycan dilini mükəmməl bilirsiniz. İngilis və rus dillərində də sərbəst danışa bilirsizsə bu sizin üstünlüyünüzdür
  • Ali təhsillisiniz, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyətiniz güclüdür
  • Maliyyə təhsili və ya bank təcrübəsinin olması mütləq deyil, əla ünsiyyət bacarıqlarınızın olması və müştərilərimizə məhsullarımız haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun cavablandırmağınız mütləqdir
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyətiniz güclüdür.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox