Vakansiya haqqında
İş barədə məlumat
- Şirkətə daxil olan müştərilərin və digər şəxslərin qarşılanması;
- Buraxılış sənədlərində qeydiyyatın aparılması;
- Şirkətə ünvanlanmış telefon zənglərinə cavab verilməsi;
- Şirkətin müştəri bazasının formalaşdırılması və onun təhlili;
- Online (real vaxt rejimində) sualların cavablandırılması, şikayət və təkliflərin qeydə alınması;
- Müştərilərlə bağlı aylıq hesabatın hazırlanması;
- Müştəri məmnuniyyətinin ölçülməsi üçün müştərilərlə əlaqə saxlanılması;
- Müştərilərə xidmət səviyyəsinin yerində ölçülməsi və çatışmazlıqların aradan qaldırılmasıyla bağlı təkliflərin verilməsi.
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-18:00;
- Əmək haqqı iş təcrübəsindən asılı olaraq 450-630 manat
Namizədə dair tələblər
- Ali təhsilli və ən azı 1 il iş stajı;
- Xoş xarici görünüş, məsuliyyətli və işində dəqiq;
- Cinsi/ Qadın
- Azərbaycan və rus dilləri mükəmməl, ingilis dili - orta;
- Digər tələblər: insanlarla ünsiyyətin əsaslarını, etik davranış və sənədlərlə iş qaydalarını bilməlidir.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@revansigorta.az elektron ünvanına göndərmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!