Öhdəliklər
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək;
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
- Mikro kreditlər üzrə ən az 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!