Vakansiya haqqında
Birbankın Kreditlərin ilkin təqibi departamentinin Digər kreditlər ilə iş şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün detallara qarşı diqqətli,ünsiyyət bacarığları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.
• Bakalavr dərəcəsi;
• MS Office proqramlarında işləmək bacarığına sahib olmaq;
• Minimum 1 illik təcrübəyə malik olmaq;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığına sahib olmaq;
• Operativ, təmkinli və problemli borcalanlarla əlaqə yaratmaq bacarığına sahib olmaq.
· İnkişaf imkanları
· Rəqabətli əmək haqqı və bonuslar
· Yüksək təminatlı sığorta
· Dəstəkləyici mühit
· Visa Premium əmək haqqı kartı
· Korporativ endirimlər
· Korporativ tədbirlər
· Əlavə məzuniyyət
· Güzəştli təhsil və işçi kredit
- Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
- Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
- Kredit ödənişinin gecikməsi ilə bağlı bocalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
- Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
- Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!