Vakansiya haqqında
İş barədə məlumat:
-
Şirkətin dərman məhsulları üçün yaradıcı və cəlbedici qablaşdırma dizaynlarının hazırlanması;
-
Məhsulların vizual identikliyinə uyğun kreativ konseptlərin hazırlanması;
-
Dizayn layihələrinin vaxtında və keyfiyyətli şəkildə icra edilməsi;
-
Marketinq komandası ilə sıx əməkdaşlıq edərək yeni ideyalar və dizayn həlləri təklif etmək.
Namizədə tələblər:
-
Dizayn sahəsində müvafiq iş təcrübəsi;
-
Adobe Illustrator, Photoshop, Coreldraw və digər qrafik dizayn proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
-
Kreativ düşüncə və yüksək vizual zövq;
-
Komandada işləmək və məsuliyyətlilik;
-
Qablaşdırma dizaynı üzrə təcrübənin olması üstünlükdür.
İş şərtləri:
-
İş qrafiki: həftənin 6 günü, saat 09:00-18:00;
-
Əmək haqqı: 700-1200 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq);
-
Sınaq müddətini uğurla tamamlayan namizədlərlə AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsinin elektron sənədləşməsi aparılır.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!