Yeni

Design Manager /Residential Projects

19 noyabr 2026 191 baxış

Vakansiya haqqında

Təsvir

Biz bir neçə yaşayış layihəsi üzrə layihələndirmə prosesinə rəhbərlik edəcək, standartlaşdırılmış yaşayış məhsulları platformasını formalaşdıracaq və inkişaf etdirəcək, layihələndirmənin səmərəliliyini və tikinti xərclərini optimallaşdıracaq, bütün layihə mərhələlərində dizayn keyfiyyətini, normativ tələblərə uyğunluğu və ardıcıllığı təmin edəcək təcrübəli Dizayn Meneceri (Yaşayış Layihələri üzrə) axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Paralel olaraq həyata keçirilən layihələrin layihələndirmə prosesinə ilkin texniki-iqtisadi qiymətləndirmə və baş plandan başlayaraq konseptual layihələndirmə, layihə sənədlərinin hazırlanması, tender və tikinti üçün işçi layihə (IFC – Issued for Construction) mərhələlərinə qədər rəhbərlik etmək.
  • Yaşayış layihələri üzrə standartlaşdırılmış məhsul platformasını formalaşdırmaq və idarə etmək: müxtəlif layihələrdə təkrar istifadə edilə bilən məhdud sayda mənzil plan tipləri, standart sanitar qovşaqlar, mətbəxlər, hamam otaqları, fasadlar və mühəndis-kommunikasiya sistemləri (MEP) modullarını müəyyən etmək.
  • Yüksək həcmdə satın alınan məhsulların çərçivə müqavilələri əsasında tədarükünə uyğun layihələndirmə standartlarını, texniki spesifikasiyaları və material kataloqunu müəyyən etmək. Bura yığma konstruksiya elementləri, plitələr, döşəmə örtükləri, santexnika avadanlıqları, qapılar, mətbəx mebelləri və işıqlandırma sistemləri daxildir.
  • Sənaye üsulu ilə tikinti prinsiplərinə uyğun layihələndirməni təmin etmək: yığma dəmir-beton konstruksiya sistemləri, hazır hamam modulları, standartlaşdırılmış fasadlar və təkrarlanan şaquli mühəndis-kommunikasiya xətləri tətbiq etmək, istehsal və montaj üçün layihələndirmə (Design for Manufacture and Assembly – DfMA) prinsiplərini rəhbər tutmaq.
  • Satışa yararlı sahənin səmərəliliyini, mənzil tərkibini və parklanma nisbətlərini optimallaşdırmaq, mənzil plan tiplərini təkmilləşdirmək üçün satış və satış sürəti (absorption) göstəricilərindən istifadə etmək.
  • Hər bir layihənin təsdiq edilmiş kvadratmetr üzrə xərc büdcəsinə uyğun layihələndirilməsini təmin etmək və Xərclərə Nəzarət (Cost Control) komandası ilə birlikdə dəyərin optimallaşdırılması (Value Engineering) üzrə baxışlara rəhbərlik etmək.
  • Layihə həllərinin yekunlaşdırılmasına (Design Freeze) nəzarət etmək, bu mərhələdən sonra dəyişiklikləri idarə etmək və fərdi dəyişiklikləri yalnız təsdiq edilmiş seçim paketləri çərçivəsində saxlamaq.
  • Layihələndirmənin əsas mərhələlərinə nəzarət etmək: xərc hədəfinin müəyyən edilməsi, prototipin hazırlanması, tender sənədləri paketinin formalaşdırılması, nümunə sahələrin (mock-up) hazırlanması və texniki spesifikasiyaların yekunlaşdırılması. Tenderdən əvvəl layihə həllərinin yekunlaşdırılmasını təmin etmək.
  • Bir neçə mərhələdən ibarət yaşayış komplekslərinin baş planlaşdırılmasına və mərhələli inkişafına rəhbərlik etmək, infrastruktur, kommunal xidmətlər, landşaft və sosial təyinatlı obyektlərin koordinasiyasını təmin etmək.
  • Layihələndirmə üzrə məsləhətçi şirkətləri seçmək və idarə etmək, o cümlədən çərçivə müqavilələrinin, iş həcmlərinin, xidmət haqlarının və fəaliyyət göstəricilərinin müəyyən edilməsini təmin etmək.
  • Hüquq və icazələr üzrə komandalarla əməkdaşlıq edərək hər bir layihə mərhələsi üçün şəhərsalma və tikinti razılıqlarının, dövlət ekspertizası rəylərinin və müvafiq icazələrin alınmasını təmin etmək.
  • Tikinti mərhələsində texniki sorğuların (RFI) və işçi çertyojların operativ nəzərdən keçirilməsini, nümunə sahələrin təsdiqini təmin etmək, həmçinin təhvil-təslim zamanı aşkarlanan qüsurlardan əldə edilən təcrübəni gələcək layihələrdə tətbiq olunan standartlara inteqrasiya etmək.


Tələblər

  • Memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi.
  • Memarlıq və layihələndirmənin idarə edilməsi sahəsində minimum 15 il iş təcrübəsi, o cümlədən Dizayn şöbəsinin rəhbəri, Dizayn meneceri və ya ekvivalent vəzifədə ən azı 8 il təcrübə.
  • Kütləvi yaşayış tikintisi və ya genişmiqyaslı baş planlaşdırılmış yaşayış kompleksləri də daxil olmaqla, ümumi tikinti sahəsi (GFA) ən azı 1 000 000 m² olan yaşayış layihələrində layihələndirmə üzrə rəhbərlik təcrübəsi.
  • Bir neçə layihədə təkrar istifadə olunan standart mənzil plan tipləri kitabxanalarının və məhsul platformalarının yaradılması üzrə təsdiqlənmiş təcrübə.
  • Yığma konstruksiyalar, modulyar və ya digər sənayeləşdirilmiş tikinti sistemləri üzrə layihələndirmədə praktiki təcrübə.
  • Layihələndirmə mərhələsindən başlayaraq xərclərin optimallaşdırılması üzrə təcrübə: layihələrin kvadratmetr üzrə müəyyən edilmiş xərc hədəfinə uyğun həyata keçirilməsi, layihə həllərinin erkən mərhələdə yekunlaşdırılması (Design Freeze) və satışa yararlı sahənin yüksək səmərəliliyinin təmin edilməsi.
  • Podium hissəsində ticarət sahələri və parkinq olan çoxmərtəbəli yaşayış qüllələrinin layihələndirilməsi üzrə təcrübə, o cümlədən seysmik layihələndirmə tələbləri nəzərə alınmaqla.
  • Paralel layihələr üzrə çoxprofilli məsləhətçi komandalarına və daxili layihələndirmə komandalarına rəhbərlik təcrübəsi.
  • BIM əsaslı layihələndirmə proseslərinin (Revit, Navisworks) qabaqcıl səviyyədə mənimsənilməsi, o cümlədən model əsaslı kəmiyyət hesablamalarının aparılması.
  • İngilis dilində yazılı və şifahi ünsiyyət bacarıqlarının yüksək səviyyədə olması, həmçinin idarə heyəti səviyyəsində təqdimat bacarıqları.

Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

PASHA Real Estate — Art direktor vakansiyası haqqında suallar

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

PASHA Real Estate-in art direktor vakansiyası üzrə iş Bakıda, Azərbaycanda yerləşir.

Son müraciət tarixi nədir?

PASHA Real Estate-in art direktor vakansiyasına müraciət üçün son tarix 19 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

PASHA Real Estate-in art direktor vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi ilə şirkətin müraciət səhifəsində edilir.

Neçə il iş təcrübəsi tələb olunur?

PASHA Real Estate-in art direktor vakansiyasında memarlıq və layihələndirmənin idarə edilməsi sahəsində minimum 15 il iş təcrübəsi tələb olunur. Bunun ən azı 8 ili dizayn şöbəsinin rəhbəri, dizayn meneceri və ya ekvivalent vəzifədə olmalıdır.

Namizəddən hansı bacarıqlar tələb olunur?

PASHA Real Estate-in art direktor vakansiyasında namizəddən BIM əsaslı layihələndirmə (Revit, Navisworks) üzrə qabaqcıl səviyyədə bilik, model əsaslı kəmiyyət hesablamaları, yüksək səviyyədə ingilis dili və idarə heyəti səviyyəsində təqdimat bacarıqları tələb olunur. Namizəddən həmçinin xərclərin optimallaşdırılması, yığma və modulyar konstruksiyaların layihələndirilməsi və çoxprofilli komandalara rəhbərlik təcrübəsi gözlənilir.

Təhsil tələbi varmı?

Bəli, PASHA Real Estate-in art direktor vakansiyasında memarlıq ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi tələb olunur.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, PASHA Real Estate-in art direktor vakansiyasında ən azı 15 il iş təcrübəsi tələb olunur.

Gələcək Design Manager /Residential Projects vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

4

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ