Görəcəyiniz Işlər
- Müəyyən olunmuş limitlər çərçivəsində pul, əmtəə, qiymətli kağızlar və Forex bazarı üzrə əqdlər bağlamaq;
- Bankın adından Bloomberg, Reuters və digər platformalar vasitəsi ilə danışıqlar aparmaq və əqdlər bağlamaq;
- Sərbəst vəsaitlərin pul bazarında yerləşdirilməsi və cəlb edilməsi üzrə əqdlər bağlamaq;
- Təqdim olunmuş sifarişlər əsasında valyuta alqı–satqısı üzrə əqdlər bağlamaq;
- Bankın nağd vəsaitə olan tələbatı üzrə sifarişlərin iscrasını təmin etmək;
- Bankın vəsaitlərini səmərəli istifadə etmək məqsədilə, yararsız nağd vəsaitləri müxbir hesablara göndərilməsi üzrə sifarişləri icra etmək;
- Müştərilər üçün hecinq həllərinin təqdim olunması məqsədilə törəmə maliyyə alətləri üzrə əməliyyatlar aparmaq;
- İnvestisiya portfeli, pul bazarı əməliyyatları, fx və digər əməliyyatlar üzrə müvafiq hesabatlar hazırlamaq;
- Şöbənin işini əhatə edən və digər department üzrə lazımı təqdimatları hazırlamaq;
- Valyuta, pul və qiymətli kağızlar bazarının iştirakçıları ilə əlaqə saxlamaq, əməliyyatlarla bağlı daxil olmuş təklifləri təhlil etmək, lazım gəldikdə təkliflərə dair əlavə məlumatlar almaq.
Bizim Üçün Uyğun Namizəd
- Ali iqtisadi təhsil;
- Yaxşı səviyyədə Bloomberg və Reuters proqramları ilə işləmək bacarığı;
- CFA Level 1 və ya CFA Investment Foundations sertifikatları arzuolunandır;
- Yaxşı səviyyədə MS Office proqramları biliyi olan;
- Problem həll etmə bacarığı olan;
- Komandada işləmə bacarığı olan;
- İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!