Vakansiya haqqında
Wisest Academy komandamıza məsuliyyətli, ünsiyyətcil və təşkilatçılıq bacarığı yüksək olan Menecer axtarır.
Vəzifələr:
- Tələbələrlə mütəmadi əlaqə saxlamaq və onların tədris prosesini izləmək;
- Müştərilərdən gələn zəng və mesajları operativ şəkildə cavablandırmaq;
- Kurslar haqqında ətraflı məlumat vermək və qeydiyyat prosesini həyata keçirmək;
- Tələbələrin davamiyyətini və ümumi tədris prosesini koordinasiya etmək;
- Gündəlik inzibati işləri yerinə yetirmək.
Tələblər:
- Menecer və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dili biliyi üstünlükdür);
- Güclü ünsiyyət və satış bacarıqları;
- Məsuliyyətli, punktual və komandada işləmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı.
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi;
- Stabil əməkhaqqı və bonus sistemi;
- Karyera inkişafı və peşəkar təlimlər;
- Rahat və motivasiyaedici iş mühiti.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!