Memar-dizayner

Memar-dizayner

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    24 fevral 2020

  • Bitmə tarixi

    25 mart 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Memar-dizayner vakansiyaları üçün bura keçid edin!

MEMAR – DİZAYNER

Vəzifə funksiyaları:

1. Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirir.
2. Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim edir.
3. Hazırladığı “Mood board”-ları təqdim edir, əsaslandırır və bəyənilmiş “Mood board” üzərindən işini davam etdirir.
4. Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir.
5. Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlayır.
6. Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlayır və layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu əsas götürürür.
7. Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə alır.
8. Layihənin hazırlanmış eksteryer və interyerinin 2D və 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətini yerinə yetirir, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edir.

İş vaxtı: Qanunvericiliyə uyğun;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25A.
Əmək haqqı: 1500-2500 manat (namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaqdır).

Tələblər:

 Ali təhsil (istiqamət: memarlıq, mühəndislik, rəssamlıq, incəsənət);
 İstiqamət üzrə minimum 10 il, vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
 AutoCAD və Autodesk 3ds Max proqramlarında işləməyi bacarmalı;
 CorelDRAW, Adobe Illustrator, Adobe Photoshop, (Adobe InDesign) proqramlarında işləməyi bacarmalı;
 Tikinti norma və qaydalarını bilməlidir;
 İşçi və eskiz layihələrini hazırlamağı bacarmalı və işlərin layihəyə uyğun icra olunduğuna nəzarət etməlidir;
 İşə planlı yanaşmağı bacarmalıdır;
 İşdə dəqiq və məsuliyyətli olmalıdır;
 Portfolio mütləqdir(əlavə edin: Məsələn, behance.net-dən).

Qeyd:

Subject bölməsində “Memar - Dizayner” vakansiyası üçün müraciət olunduğunu qeyd edin.
E-mail: elfaq.rahimov@abcon.az
www.abcon.az

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #837479

  • 1831

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox